Qadınlar üçün sevmək və sevilmək şüurlarının altına işləmiş, çox güclü duyğudur. Lakin qadınlarda kişilərə nisbətən gələcək qorxusu daha çoxdur. Buna görə də, qadınlar bəzən vicdanları ilə deyil, məntiqləri ilə hərəkət edərlər. O zaman da itirməyə başlayarlar. Yenə də əsasən qadınlar sənətkar ruhludurlar, gözəllikləri çox yaxşı görərlər. Səbirlidirlər, vəfa hisləri yüksəkdir. Sevdiyinə sədaqətlə bağlanarlar. Kişilər isə daha ümumi düşünərlər, sənətkarlıq tərəfləri bir az daha azdır. Qadınların isə təfərrüat və incə düşünməkdə texniki üstünlüyü var.

(A9 TV; 24 oktyabr 2017)

PKK ilə PYD eynidir. İkisinin də ideologiyası eynidir. İkisi də Marksist Leninist Stalinistdir və ikisi də zorakılığı və terrorizmi metod olaraq qəbul etmişdir. PKK ayrı, PYD ayrıdır deyə bir şey yoxdur.

(A9 TV; 24 oktyabr 2017)

Müsəlmanın qısqanma duyğusu qoruma məqsədlidir. Əvvəla müsəlman dinə qarşı həssasdır, dini qoruyar. İmandan uzaq həyatda isə qısqanma, qarşındakı insana potensial əxlaqsız gözü ilə baxmaqdan irəli gələr. Harada, kiminlə, nə etdiyi izlənilər. Çünki qarşısındakı şəxsin vicdanına və ağlına güvənməz. Bu cür insanların sevgi dedikləri duyğu da dərhal bitər, çünki yaşadıqları sevgi deyil, həvəsdir. Allah üçün sevgi yaşandığı zaman bu sevgi həmişə artaraq güclənər, azalmaz və sarsılmaz.

(A9 TV; 24 oktyabr 2017)

Qarşısındakına Allahın təcəllisi kimi baxmağı bacarmayan sevgini yaşaya bilməz. Belə insanların hiss etdiyi sevgi deyil, həvəsdir. Həvəslərini yox edən kimi də qadından sanki nifrət edirlər. Gənc qızlar da bu xarakteri bildikləri üçün, öz aləmlərində müxtəlif tədbirlər alırlar.

(A9 TV; 24 oktyabr 2017)

Özləri qeyri-kafi, həqir və əxlaqsız olanlar qadınların gözəl, baxımlı və cazibədar olmasına dözə bilmirlər. Qadının gözəlliyini aradan qaldırdıqda içlərindəki alçaqlıq kompleksini məğlub edəcəklərini zənn edirlər. Belə tiplərin alçaq fəaliyyətlərinə mane olmaq üçün bütün dəliqanlılar gənc qızlara sahib çıxsınlar. Gənc qızların sağlamlıqlarına, xoşbəxtliklərinə, dinlərinə, imanlarına, səhhətlərinə, sevinclərinə həmişə yardımçı olaq.

(A9 TV; 24 oktyabr 2017)

İnsanlarda iman zəifliyi geniş yayılmış olur. Bu, çox mühüm məsələdir. Buna görə də, qısa-qısa iman həqiqətlərindən, qısa-qısa Quran möcüzələrindən bəhs etmək faydalı olar. İnsanlar uzun danışıqları dinləməkdə çətinlik çəkərlər. Uzun danışıqlarda şeytan diqqəti yayındırar, şeytanın təsirini yox etmək üçün qısa izahatlar təsirli olar.

(A9 TV; 24 oktyabr 2017)

Hər məsələni silahla həll etməyə çalışmaq yanlışdır. İncil sevgidən və mərhəmətdən bəhs edir. Kovboy məntiqi ilə dünyanın problemləri həll edilməz. Sevgi, dostluq və məhəbbətlə, insanlara güvən verərək problemlərə həll yolu gətirilər.

(A9 TV; 24 oktyabr 2017)

Münafiq küfr əhlinin arasına getdikdə heyvan kimi yaşamağa başlayar. Təmizlik etməz, namazını qılmaz, infaq etməz, “bax, nə gözəl rahat yaşayıram” deyər. İslam aləminin hər yerində bu qədər böyük zülm olarkən, rahat yaşamağın ardınca gedən şərəfsizlik və axmaqlıq etmiş olar. Məsələn, bir həkim təcili xəstə olarkən, əməliyyatı kənara qoyub istirahətə gedirsə, əsgər mübarizə olarkən cəbhəni qoyub qaçırsa bunun adı rahatlıq deyil. Çox böyük şəxsiyyətsizlikdir.

(A9 TV; 24 oktyabr 2017)

Mehdini hələ görmədik, lakin görmüş kimi şövqlə, əzmlə elmi mübarizə aparırıq. Allahı inkar edən mərkəzlərə razı salan izahlarla sədd oluruq. Münafiqlərin oyunlarını zərərsizləşdiririk. Kitablar, konfranslar, videolarla çox gözəl zəmin hazırlayırıq inşaAllah.

(A9 TV; 24 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)