Bədiüzzaman ilə Atatürk müasir İslam və Quranın kafiliyi məsələsində ittifaq halındadırlar. Atatürk, Bədiüzzamana çox dəyər vermiş və Dəyanət İşləri Rəhbəri etmək istəmişdir. Bədiüzzaman da Atatürkə hörmət və ehtiramla yanaşmışdır. Ustadımız, batində Atatürkə qarşı deyildi.

(A9 TV; 23 oktyabr 2017)

Münafiq və kafirlər çox dikbaşlı, inadkar və əxlaqsız olduqları üçün cəhənnəmdə ölü heyvan sürüklənirmiş kimi sürüklənəcəklər. Cəhənnəm mələkləri onlara qarşı çox sərt və məcbur edici olacaqdır. Cəhənnəm mələkləri çox heybətli və güclüdür, cəhənnəm onlara təsir etməz.

(A9 TV; 23 oktyabr 2017)

Atatürk İngiltərə dərin dövlətinə qarşı vətəni müdafiə etdi və möcüzə olaraq vətəni xilas etdi. Bu baxımdan Atatürk dəccaliyyətə qarşı mübarizə aparan bir növ Mehdidir. Ərzaq, sursat və s. olmayan bir dövrdə millətin xilas olmasına vəsilə olan insandır.

(A9 TV; 23 oktyabr 2017)

Dostluqlarda Quranın hakim olması lazımdır. İki tərəf iki ayrı fəlsəfə və düşüncəyə malik olduğu zaman mütləq anlaşmazlıq olacaqdır. Lakin iki tərəf də Quranın hakimliyini qəbul etsə, meyarları Quran olsa, anlaşmazlıq tez həll edilər. Yoxsa bəla yağış kimi yağar, çıxılmaz hal alar.

(A9 TV; 23 oktyabr 2017)

Quran müsəlmanlığına dəccaliyyət diş keçirə bilməz. Quran müsəlmanlığı yaşandığı zaman dəccaliyyətin sonu gəlmiş deməkdir. Çünki Quran müsəlmanlığında incəsənətin, keyfiyyətin, zövqün, nəzakətin, sevincin və hər şeyin ən gözəli hakimdir. Quran müsəlmanlığı qəti qələbə və üstünlük deməkdir.

(A9 TV; 23 oktyabr 2017)

İnsan Allahı çox sevsə, Qurana çox möhkəm sarılsa Allah ona seviləcək insan olaraq mütləq təcəlli edər. O insanın ətrafında seviləcək həqiqi dostlar yaradar. Mənim yanımda gözəl, sevilməyə layiq, etibarlı insanlar yaratması Allahın lütfüdür. Biz Allah yolunda səmimiyyətlə səy göstərdikcə, Allah nemətini artıraraq gözəllik lütf edir.

(A9 TV; 23 oktyabr 2017)

Tarixin hər dövründə səmimi iman gətirənlərə təzyiqlər olmuşdur. Hz. İsa dövründə də dövrün dərin dövləti olan Roma, möminlərə ağlasığmaz təzyiq göstərirdi. Mömin hər zaman hər şəraitdə təvəkküllüdür və nəticədə mütləq qalib gələr.

(A9 TV; 23 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)