Münafiqlərin bir axmaqlığı da insanlara məntiq işlətmələri üçün tövsiyə vermələridir. Münafiqdə Kitab, din, Allahın söylədiyi, peyğəmbər deyil, məntiq əsas meyardır. Murdar nəfsini qorumağa əsaslanan məntiq anlayışı ilə müsəlmanlara ağıl verər.

(A9 TV; 24 oktyabr 2017)

Müsəlmanın ən yüksək keyfiyyəti hədəf seçməsi fərzdir. Çünki ən yüksək keyfiyyətdə İslama ən böyük xidməti edər. Ənənəçi sistemdə yanlış qənaətkarlıq anlayışı var. Qənaətkar olmaq baxımsızlıq içində yaşamaq deyil. Hər şeyin ən gözəlini istəmək, hər şeyin ən yaxşısı üçün səy göstərmək və hamısının Allaha aid olduğunu bilərək Allah yolunda istifadə etmək həqiqi qənaətkarlıqdır.

(A9 TV; 24 oktyabr 2017)

Qadın cazibədarlığı ağlı ilə qazanar. İstədiyi qədər gözəl olsun gözəl baxa bilmirsə, səsini gözəl istifadə edə bilmirsə heç bir təsiredici xüsusiyyəti olmaz. Eqoistdirsə xoşagəlməz hala gələr. Allahı çox sevən, Allahdan qorxan, eqoistlikdən tamamilə uzaqlaşan qadın heyrətamiz təsir gücünə sahib olar.

(A9 TV; 24 oktyabr 2017)

Allahdan qorxmayan insana gözəllik bir şey ifadə etməz. Əgər insan eqoistdirsə heç bir gözəllikdən zövq almaz. Eqoist insan nə özü xoşbəxt olar, nə də digər insanlara xoşbəxtlik verə bilər. Eqoistlik insanı primitivləşdirər.

(A9 TV; 24 oktyabr 2017)

Münafiq öz iyrənc kefinin dərdindədir. İslam aləminin hər tərəfində zülm olarkən, o avtomobillə gəzmək dərdindədir. Donuz sürüsü kimi avtomobilə minib gəzməyi, öz iyrənc kefini qane etməyi kafi hesab edər. Aralıq dənizində şəhid olan müsəlmanlar, Suriyada qətlə yetirilən məzlumlar, Əfqanistanda, Arakanda əziyyət görən uşaqlar onları heç maraqlandırmaz. Allah bu alçaqlıqlarının qarşılığını dünyada da, axirətdə də verəcəkdir.

(A9 TV; 24 oktyabr 2017)

Cənnəti düşünmək cənnəti istəməyin əlamətidir. Dünyada aldığımız bütün təhsil cənnət üçündür. Dünyada hər şey üçün bir səbəb lazımdır, elektrik olmadan cihazlar işləmir. Lakin cənnətdə dünyada bildiyimiz mənada səbəblər yoxdur. İnsanın istədiyi hər şey istədiyi anda olar.

(A9 TV; 24 oktyabr 2017)

Ənənəçi ortodoks sistem öz daxilində məhv olmağa məhkum olduğu üçün İngiltərə dərin dövləti bu strukturu dəstəkləyər. Bu sistem olduğu zaman müsəlmanları bir-birinə qırdırmaq da asan olur. Çünki ənənəçilikdə sevgi, şəfqət, mərhəmət deyil, nifrət, dava, kin və həsəd hakimiyyəti var. O zaman müsəlmanları şiə-sünni deyə bir-birinin üstünə salmaq, müsəlmanları qırıb yox etmək İngiltərə dərin dövləti üçün çox asanlaşır.

(A9 TV; 24 oktyabr 2017)

Yaxın Şərqdə bir çox ölkədə təzyiq göstərən rejimlərin olması ənənəçi ortodoks sistemin ayaqda qalmasına səbəb oldu. Allah ənənəçi ortodoks sistem inkişaf etdikcə, bu sistemin olduğu ölkələri bir-bir dağıtdı. İnsanlar ənənəçi sistemə daha çox sarıldıqları zaman xilas olacaqlarını zənn edirlər. Halbuki ənənəçi sistemə sarıldıqca dağılma olur. Xilas olmağın yolu Quran müsəlmanlığıdır.

(A9 TV; 24 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)