Darvinistlərin düşünə bilmədikləri məsələlərdən biri də insan balasının, anasının baxımı və zəhməti olmadan canlı qalmasının mümkün olmamasıdır. Heyvan balaları anasını əmməyə getməyi bilir, təmizlənməyi bilir. Lakin insan balası belə deyil, hər ehtiyacı üçün ağıl sahibi, qoruyan varlığa, anasına ehtiyacı var.

(A9 TV; 25 oktyabr 2017)

İsa Məsihin gəlişinin əsas məqsədi xristianlığın hüsnü xətmidir. Allah o gözəl dində şirk qalmasını istəmir. İsəviliyin də, müsəlmanlığın da şirklə bitməsini istəmir Allah. Musəviliyi, xristianlığı və müsəlmanlığı həqiqi halına gətirib dünyaya hakim edib dünyanın ömrünü bitirmək istəyir.

(A9 TV; 25 oktyabr 2017)

Din, müasirliyi, keyfiyyəti aradan qaldırar, dindarlar da cahil insandırlar deyə geniş yayılan yanlış qənaət var. Ənənəçi ortodoks sistemin ortaya qoyduğu modeldən ötrü dindarlıqla keyfiyyətsizliyin iç-içə olduğu düşünülür. Çünki bu sistemin hansı yerinə baxılsa təmizlikdən, incəsənətdən, gözəllikdən uzaqlıq var. İnsanlar da buna görə İslamdan uzaq dayanırlar. Bu şeytanın çirkli oyunu, çirkli müvəffəqiyyətidir. Bu oyunu da dəccaliyyət dəstəkləyir. İngiltərə dərin dövləti ənənəçi ortodoks İslamı bütün gücü ilə qoruyur. Allahın icazəsi ilə biz bu düşüncəni yox edirik. İslam dini hər şeyin ən keyfiyyətli, ən gözəli deməkdir, hər şeyin ən gözəli birləşdikdə ona din deyilər.

(A9 TV; 25 oktyabr 2017)

Müasir dindarlıq deyildikdə məsələnin başa düşülməsi üçün bu ifadə işlədilir. Əslində hər peyğəmbər dövrünün ən müasir insanıdır. Dünyada müasirliyi yaradan dindir. Cəmiyyətdə din olmadığı zaman keyfiyyət və müasirlik aradan qalxar. Haqq dinlə birlikdə müasirlik və keyfiyyət gələr. Haqq dinin xüsusiyyəti hər şeyin ən yaxşısı, ən gözəli, ən keyfiyyətlisi, ən mükəmməli, ən doğrusu prinsipinə əsaslanmasıdır. Peyğəmbərimiz (s.ə.v) dövründə hər şeyin ən gözəli yaşanırdı.

(A9 TV; 25 oktyabr 2017)

Dünyanın ən böyük hadisələrinin yaşandığı bir dövrdən keçirik. Lakin insanların çoxu vəziyyəti görmür. Peyğəmbərimiz (s.ə.v) Axırzamanda dəccaliyyətdən bəhs edilməyəcəyini söyləyir. Bu da dəccaliyyətin heç görülmədiyinə işarə edən hədisdir. Dəccal bütün dünyanı əsir almışdır, buna baxmayaraq insanların dəccaliyyəti görməməyi möcüzədir.

(A9 TV; 25 oktyabr 2017)

Münafiqlərin, müsəlmanlara ən böyük xidmətlərindən biri dəccaliyyətin sistemini tam anlamağı və ifşa etməyi təmin etmələridir. Münafiqin axmaqca oyunlarını təqib edərək şeytanın sistemini tam mənası ilə ifşa edir və Allahın icazəsi ilə elmi yolla çökdürürük.

(A9 TV; 24 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)