Bəzi sözlərin insanda hipnoz gücü var. Məsələn, sevgi sözünə qarşı ruh çox həssasdır, sevgini eşidəndə dərhal rahatlayar. Mehdi də belə kəlmədir. Mehdini Allah taledə insanlara sevdirdiyi üçün, Mehdinin hər adını eşidəndə insan rahatlayar.

(A9 TV; 25 oktyabr 2017)

Allah möminləri və sevdiklərini birlikdə yaradar. Allah sonsuz ağıllı, sonsuz tədbir sahibi, sonsuz gözəllik sahibidir. Allah mömini yaradarkən onunla birlikdə özünü sevən dostlarını da yaradar və onları bir-birindən heç ayırmaz. Hamısı birlikdə cənnətdən gələr cənnətə gedərlər inşaAllah.

(A9 TV; 25 oktyabr 2017)

Qurana görə hərəkət edildiyi zaman tək din olar. Lakin məzhəblər işə düşdükdə hər məzhəb digərini dinə tabe olmamaqla ittiham edər. Hər biri hədislərə əsaslanaraq digərini inkar edir. Hər məzhəb imamı öz dediyinin doğru olduğunu deyir. Hocalardan soruşduğumuz zaman dördü də doğrudur deyir. Birinin haram saydığını digərinin halal saydığı dörd ayrı din olarkən, hamısına birdən doğru demək məntiqə uyğun deyil. Qurana tam tabe olunduqda isə din, həqiqi halı ilə bir və doğru olaraq yaşanar.

(A9 TV; 25 oktyabr 2017)

Bir hədisin doğru olub-olmadığını anlamağın iki üsulu var. Birincisi Qurana baxarıq və söylənilən hədis Qurana uyğundursa o hədis keçərlidir. İkincisi bir hadisəyə dair xəbər verilən hədislərdir. Məsələn, Axırzamana dair verilən xəbərlər eynilə reallaşırsa, o zaman o hədis doğru xəbərdir. Səhih olmaqdan da kənar qətiyyət qazanmışdır.

(A9 TV; 25 oktyabr 2017)

Keyfiyyətli və çevik diqqət formalaşdırmaq əhəmiyyətlidir. Çevik düşünmək, çevik qərar vermək əhəmiyyətlidir. Diqqətin qapanması və ya azalması vəziyyətində diqqəti hərdənbir başqa yerə yayındırıb, sonra təkrar əsas mövzuya cəmləşdirmək yaxşı üsul olar.

(A9 TV; 25 oktyabr 2017)

Dürüst, təmiz, vicdanlı, ağıllı insan çoxdur. Lakin aralarında əlaqə yoxdur. Təmiz və vicdanlı olanları bir yerə gətirməsi üçün Allaha dua etmək lazımdır. Dostluğun, bacı-qardaşlığın, sevginin, sülhün hakim olmasını istəyən hər kəs mehdiyyət aşiqidir.

(A9 TV; 25 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)