Səmimi hörmət və imanımızın olub-olmadığının anlaşılması üçün Allah bizi həmişə sınayar. Səbir etmək, qətiyyətli olmaq, bağışlayan olmaq səmimiyyətimizi göstərər. Bir insanın yaxşı olub-olmadığı göstərdiyi qətiyyətlilikdən anlaşılar.
(A9 TV; 26 oktyabr 2017)
Səthi dua ilə dərinləşdirilən dua çox fərqlidir. Dərin dua, filmlərdə göründüyü kimi, duyğusal görünüş vermək və ya uşaq kimi hərəkətlər deyil, səmimi və yüksək ağılla Allah ilə əlaqə yaratmaqdır. Dərin dua zavallı təqlidi edərək olmaz. Səmimi, dürüst ağılla olar.
(A9 TV; 26 oktyabr 2017)
Cinayət hallarının azaldılması üçün yeganə yol Allahın göstərdiyi yoldur. Haqq dindən başqa, cinayəti tam olaraq aradan qaldıracaq həll yolu yoxdur. Haqq dinlər gözəl və elmi yolla cinayəti tamamilə aradan qaldırar.
(A9 TV; 26 oktyabr 2017)
Allah möcüzəvi şəkildə hal-hazırda dünyada Hadi ismi ilə təcəlli edir. Bu, mehdiyyətin reallaşmasının dəlillərindən biridir. Gənclərə baxdığımız zaman, hamısı yaxşılıq, gözəllik, sevinc, sevgi, dostluq və sülh istəyirlər.
(A9 TV; 26 oktyabr 2017)
Qadınlara gözəl həyat təqdim edək deyə bir kampaniya başladaq. Xüsusilə gənc qızların istədikləri kimi yaşaya biləcəkləri bir mühit yaradaq. İstədikləri makiyaj vəsaitini ala biləcəkləri, istədiyi paltarı geyinə biləcəkləri, onları xoşbəxt edəcək hər şeyi təmin edək.
(A9 TV; 26 oktyabr 2017)
Mehdi peyğəmbərlər kimi vəhy almaz, lakin Mehdidə bütün peyğəmbərlərin xüsusiyyəti var. Hədislərdə hər peyğəmbərdən bir xüsusiyyətin Mehdidə olduğu bildirilir. Hədislərə əsasən Mehdi, səhabələrdən və bəzi peyğəmbərlərdən daha üstündür.
(A9 TV; 26 oktyabr 2017)
Ən azad olacağımız sistem dindir. Dindən kənarda cəmiyyətin özünə görə hər bölgəyə, hər ölkəyə, hər məhəlləyə görə dəyişən sıxıcı qaydaları var. Lakin Quranda tək bir hökm və əxlaq var: İnsanın özünə edilməsini istəmədiyini başqasına etməməsi, yalnız halal və harama diqqət etməsi və mümkün qədər azad olmasıdır. Dünyanın ən dürüst, ən səmimi davranan, ən məqsədəuyğun danışan, insanlara ən yaxşı davranan, ən ağıllı, ən müasir insanın adı müsəlmandır. Dünyanın heç bir yerində insanlar həqiqi mənada azad deyil. Azadlıq təkcə İslamla olar. İslamda hər kəs Quranın ucsuz-bucaqsız sərhədləri daxilində rahat və azad yaşayar.
(A9 TV; 26 oktyabr 2017)
Eqoistlik insanı insan olmaqdan çıxardar və ağılsızlığın hakim olduğu başqa aləmə keçirər. Eqoist insanın ağlına Allah tərəfindən əngəl vurular. Ağlı əlindən alınar və bunun çarəsizliyini yaşayar. Romantiklik də eqoistliyin əks təsirlərindən biridir. Bu romantiklik də özünü ağılsız hərəkətlər etmək, təcavüzkarlıq, davakarlıq şəklində göstərər. Eqoistlikdən xilas olmaq mühüm məsələdir. Bütün dinlərdə insanlar eqoistlikdən çəkindirilər.
(A9 TV; 26 oktyabr 2017)
Kürd bacı-qardaşlarımız bizim canımızdır. Hər kəs kürd bacı-qardaşlarımızı bağrına bassın. Parçalanma İslam aləminə fəlakət gətirər. İraq, Suriya, Türkiyə bir və bütün olaraq qalacaq, dəccaliyyətin İslam aləmi üzərindəki bütün oyunlarını pozacağıq.
(A9 TV; 26 oktyabr 2017)
Namaz Allaha yaxın olmaq, Allaha sevgimizi, dostluğumuzu, təvazökarlığımızı, itaətkarlığımızı ən gözəl şəkildə ifadə etməkdir. Namaz qılan insan Allaha sevgisini ifadə etdiyi üçün vicdanən rahat yaşayar. Sevib də sevgini ifadə etməmək isə sıxıntı verər və çətindir. Namaz bu hissimizi qane edər. Allah nemət olaraq namaz və dua ilə sevgimizi ən yüksək şəkildə ifadə etmək imkanı verir bizə. Namaz və dua ilə heyrətamiz səmimiyyət, təvazökarlıq və təslimiyyətlə Allaha sevgimizi ifadə edirik. Axirətdə də əbədiyyən sevgimizi ifadə etməyin hüzurunu yaşayacağıq.
(A9 TV; 26 oktyabr 2017)





