Təkəbbürlü insanın ağlı yerində olmaz. Üzündə də çox xoşagəlməz ifadə olar. Allah belə insanları üzündən anlamağımız üçün üzlərini xoşagəlməz görünüşlə damğalamışdır.
(A9 TV; 26 oktyabr 2017)
Tarix boyu mənfi qüvvə həmişə təşkil edilmişdir. Hz. Nuh dövründə də, hz. İbrahim dövründə də dəccaliyyət var idi. Hər dövrdə dəccal və komitəsi olmuşdur. Dəccaliyyət ardıcıl olaraq dəccaldan-dəccala keçər və irili-xırdalı bir çox dəccal olmuşdur.
(A9 TV; 26 oktyabr 2017)
Səbirli, ağıllı, qəlb sındırmadan, gözəl üslubla izah edildiyi zaman, hər ruh sahibi insan xarakterini dəyişib heyrətamiz əxlaq gözəlliyi qazanar. Lakin ruh sahibi deyildirsə, ölü varlıqdırsa, nə etsən də o insanda dəyişiklik olmaz.
(A9 TV; 26 oktyabr 2017)
Qüsurun olması imtahanın tələbidir. Qüsursuzluğun yeri cənnətdir. Cənnətdə hər şey mükəmməl və səhvsizdir. Lakin dünyada xüsusilə insan bir çox qüsur və acizliyə sahibdir ki, imtahan lazım olduğu kimi olsun.
(A9 TV; 26 oktyabr 2017)
Bir insan Allahı aldatmağa cəhd edirmi, Allaha qarşı dürüstdürmü, bunlara baxmaq lazımdır. Allahı öz aləmində aldatmağa cəhd edən səni niyə aldatmasın?
(A9 TV; 26 oktyabr 2017)
Kafir açıqca inanmadığını ifadə edər. Münafiq isə çox namərddir, həqiqi üzünü gizlədər. Müsəlmanların içində mövqe tutar və alçaqcasına müsəlmanları öz aləmində zəif gördüyü bir anda müsəlmanların gücünü yox etmək istəyər. Müsəlman küfr əhlinin necə həmlə edəcəyini bilər və ona görə tədbir alar. Münafiq isə müsəlmanların içinə girərək alçaqlıq, namərdlik edər.
(A9 TV; 26 oktyabr 2017)
Qəflət, boğucu və sıxıcıdır. Ağırlıq gətirər, qorxu hissinə səbəb olar, əsəb pozğunluğu yaradar. İnsan Allahı zikr etdiyi zaman dərhal qəflət yox olmağa başlayar. Qəflətdən çıxmaq insana fərəh, sevinc, sağlamlıq verər. Səmimi olaraq Allah zikr edildiyi zaman insan dərhal fərəhlənər.
(A9 TV; 26 oktyabr 2017)
Bir qadın yaşlandı deyə ona sevgidə, hörmətdə qüsur etmək çox böyük əxlaqsızlıqdır və günahdır. Müsəlman qarşısındakı insanın sədaqətini, vəfasını gördükcə həmişə daha çox sevər.
(A9 TV; 26 oktyabr 2017)
Sərt təbiətli insanı sakitləşdirmək müsəlman üçün asandır. İnsanlar adətən özlərini əmin-amanlıqda hiss etmədikləri üçün gərgin olarlar və özlərini qorumaq məqsədi ilə sərt xarakter formalaşdırarlar. Danışaraq, gərgin olmasını tələb edən vəziyyət olmadığını göstərərək o insanı mülayimləşdirmək mümkündür.
(A9 TV; 26 oktyabr 2017)
Sədaqət, sevgi üçün hər şeyi edə bilmə gücüdür. Ana sədaqəti çox böyükdür və nümunə götürüləcək xüsusiyyətdədir. Sevdiyin üçün hər şeyi gözə almaq sədaqətinin böyüklüyünü göstərər.
(A9 TV; 26 oktyabr 2017)





