Ən azad olacağımız sistem dindir. Dindən kənarda cəmiyyətin özünə görə hər bölgəyə, hər ölkəyə, hər məhəlləyə görə dəyişən sıxıcı qaydaları var. Lakin Quranda tək bir hökm və əxlaq var: İnsanın özünə edilməsini istəmədiyini başqasına etməməsi, yalnız halal və harama diqqət etməsi və mümkün qədər azad olmasıdır. Dünyanın ən dürüst, ən səmimi davranan, ən məqsədəuyğun danışan, insanlara ən yaxşı davranan, ən ağıllı, ən müasir insanın adı müsəlmandır. Dünyanın heç bir yerində insanlar həqiqi mənada azad deyil. Azadlıq təkcə İslamla olar. İslamda hər kəs Quranın ucsuz-bucaqsız sərhədləri daxilində rahat və azad yaşayar.
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır.(davamı…)