Cənnətdə su altında insan balıq kimi oksigensiz üzər
Cənnətdə su altında insan balıq kimi oksigensiz üzər. Göydə istədiyi kimi uçar, yüksəklik qorxusu olmaz. Cənnətin xüsusiyyəti hər şeyin səbəbsiz olmasıdır. Dünyada istəyib etməkdə çətinlik çəkdiyimiz hər şey ən mükəmməl halı ilə Cənnətdədir. Burada heyvan sevgisi çətindir. Cənnətdə isə hər yer seviləcək heyvanlarla doludur. Cənnət, insanlar, mələklər, qılmanlar, heyvanlar, çiçəklər, ağaclarla hər yer hərəkətlidir. Dünyada təhlükəli olan, lakin çox sevdiyin idman növləri ilə cənnətdə ən gözəl şəkildə heç risk olmadan məşğul olarsan. Dünyada olan ağlımıza gələn hər şeyin yaradılış məqsədi cənnətdə mükəmməl halı olacağı üçündür. Dünyada imtahanın tələbi olaraq hər şey zərərli və zərərsiz olaraq iç-içə keçibdir. Cənnətdə isə hər şey tamamilə gözəllikdir və zərərsizdir. Dünyadakı kiçik nöqtənin, tək iynənin belə cənnətdə əsli var.
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır.(davamı…)