Fələstin xalqının qurtuluşu üçün həqiqi çözüm üzərində dayanmaq vacibdir. Uzun illərdir qınamalar verilərək nəticə əldə edilə bilmir. Tam fərqli üsula ehtiyac vardır. Müsəlman zülmə hər zaman qarşıdır və bunu ifadə edir, amma qınamalar tək başına birdəfəlik çözüm gətirməz. Sevgini və sülhü təlqin etmək birdəfəlik çözüm gətirər. Həmişə qarşıdurma, müharibə, işğal, hücum iki tərəfə də yalnız acı gətirər. Acıların qat-qat artacağı yollara deyil, təhlükəsizliyi və sülhü gətirəcək yollara tabe olmaq lazımdır. Sevgi və sülh ən asan olandır. Amma insanlar bunun üsulunu bilmir. Sülhü təmin etmək çətin deyil. Bir sözə baxar. “Gəlin qardaş olaq” deyilsə hər şey bitər. İsrail xalqı ilə Fələstin xalqı peyğəmbər soyu iki gözəl xalqdır. İkisi də dindar, ikisi də çalışqan, ikisi də təmiz, ikisi də ən gözəl həyatı haqq edir. Qarşıdurmanı qızışdıran hər cür üslubdan çəkinib, bir-birlərini qoruyacaq, şəfqət duyacaqları üslub istifadə etmək və sülhü təlqin etmək lazımdır. İki tərəf də Allaha iman edir, iki tərəf də eyni Peyğəmbərləri sevir. Bölüşəmədikləri nədir? Torpaqdırsa, Yaxın Şərq çox geniş bölgədir. Hər yer boş və geniş ərazidir. Fələstinlilər də, İsraillilər də istədikləri hər yerə məskən salsınlar. Bölgəni yaşıllaşdıraq, gözəlləşdirək, gənclərə gözəl imkanlar təmin edək. Bağ-bağça, nəşə və sevincin olduğu yer olsun. Müsəlmanlar, musəvilər, xristianlar bayram kimi yaşasınlar. Qardaş olmanın ucsuz-bucaqsız faydası vardır. Hər şeydən əvvəl Allahın razılığını qazanmış olarıq. Heç kim qorxu içində yaşamaz, gərginlik hiss etməz. Silaha pul yatırmaq yerinə bölgənin rifahı, sevinci üçün pul xərclənər. Həmişə xeyirli, yaxşı iş görmək düşünülsə mərhəmətsizlik ortadan qalxar.
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır.(davamı…)