Şeytan İslamdan kənar olan hər mövzunu sanki İslamda varmış kimi göstərərək insanlara çox böyük oyun oynadı. Harada anormallıq vardırsa, hamısını insanlara sanki İslamda varmış kimi qəbul etdirdi. Şeytanın çökməsi ənənəçi İslam anlayışının çökməsi ilə başlayar. Şeytanın sol qolu darvinizm, sağ qolu da ənənəçi İslam anlayışıdır. Şeytan bu tələləri ilə İslam aləmini məhv etməyə çalışır. Biz tam bu mərhələdə fəaliyyətə keçərək, şeytanın bu oyununu pozuruq əlhamdulillah.
(A9 TV; 17 noyabr 2017)
Hz. Xızırın dəri rəngi yaşıldır. Normal dəri rəngində olsa hər hansı insan zənn edilə bilər, lakin dəri rəngi yaşıl olduğu zaman tərəddüdsüz hz. Xızır olduğunu anlayır insanlar. Hz. Xızır yarı balıq yarı insan görünüşündədir. Yığıncaqlarda da o paltarı ilə iştirak edər. Dövlətlərin dağıdılması və yaradılması mövzularında vəzifə yerinə yetirər. Hz. Xızırın iştirak etdiyi yığıncaqlar “mürgülü”, yəni yuxuyla oyaqlıq arası halda reallaşar.
(A9 TV; 17 noyabr 2017)
Özünü sıxmadan, özünü Allaha təslim edib; “ey Rəbb Özünü mənə çox sevdir” deyənə Allah Özünü çox sevdirər. Lakin özünü sıxmamaq əhəmiyyətlidir. Özünü sıxmamalı, şirkə girməməlisən. Sevgini Allahdan istəməlisən.
(A9 TV; 17 noyabr 2017)
Peşman olmaqla mükəmməlliklər yaranar. Heykəl düzəltmək kimidir. Daş parçasını peşmançılıqla vurub qopardarsan, bir daha qopardarsan. Peşmançılıqları vəsilə edərək daşın altındakı o gözəlliyi üzə çıxardarsan. Müsəlman üçün hər peşmançılıq xeyirdir.
(A9 TV; 17 noyabr 2017)
Laqeyd olmaq çirkin əxlaqdır. Laqeydlik o insanın eqoist olduğunu göstərər. Eqoist olmaq sürünmək deməkdir, çirk deməkdir, qaranlıq deməkdir. Laqeyd yaşamaq çox mənfur və alçaldıcı yaşamaqdır. Eqoist və laqeyd olmaq faciədir.
(A9 TV; 17 noyabr 2017)
Allah müsəlmanları dünyaya öz gözəl əxlaqını görməsi üçün gətirir. Müsəlmanın yaxşı insan olduğunu görməsi və bu yaxşı əxlaqını sevməsi gözəllikdir. Mömin yaxşılığını qorumaqdan, yaxşılığını göstərməkdən zövq alar və yaxşı insan olduğunu bildiyi üçün özünü sevər.
(A9 TV; 17 noyabr 2017)
Pisliyə səssiz qalmaq təhlükəlidir. Allahın əmri yaxşılığı əmr etmək, pislikdən də insanları çəkindirməkdir. Buna görə də, hər insan doğrunu, yaxşını izah etməklə məsuldur.
(A9 TV; 17 noyabr 2017)
Altıncı hiss vicdandır. “İçimdən bu iş doğru deyilmiş kimi gəlir” deyir, məhz o Allahın qəlbinə ilhamıdır. Bu ilhamın səsi yoxdur. Yazılı da deyil. Lakin hər insan bir şeyin pis, yoxsa yaxşı olduğunu anlayar.
(A9 TV; 17 noyabr 2017)
İncəsənət icra edildiyi zaman dayanıb baxmamaq, qulaq asmamaq çox böyük nəzakətsizlikdir. O incəsənəti icra edən şəxs gözəllik təqdim edir. İnsanları xoşbəxt etmək üçün sənətini göstərir. Sırf ədəbsizlik, ədabazlıq, lovğalıq olsun deyə, təkəbbürdən irəli gələn davranışla incəsənət xadiminə fikir verməmək əxlaqsızlıqdır. İncəsənət xadiminə qarşı kobudluq etmək tərbiyəsizlikdir.
(A9 TV; 17 noyabr 2017)
Çətin vəziyyətdə olan insana yardımçı olmaq üçün o insanı tanımağa ehtiyac yoxdur. Darda olan insana dərhal kömək etmək lazımdır. Xüsusilə də gənc qız, qadın və ya uşaq çətin vəziyyətdədirsə dərhal kömək etmək lazımdır.
(A9 TV; 17 noyabr 2017)





