Şəxsiyyətsiz insanlar hər zaman olacaq. Pis baxanlar, pis danışanlar hər zaman olacaq. Allah bu insanların heyvandan daha aşağı mövqedə olduğunu bildirir. Bu tiplərin alçaq kompleksindən irəli gələn qəzəbinə bacı-qardaşlarımız heç fikir verməsinlər. Gənclər belə nifrət insanlarına qarşı həm gənc qızları, həm də bir-birlərini qorusunlar, sahib çıxsınlar. Yaxşılar bir-birinə dəyər verib, ittifaq etsinlər.
(A9 TV; 19 noyabr 2017)
Naim Süleymanoğlu məzlum, alicənab, vətənpərvər dəliqanlı idi. Allah onu cənnətinə alsın. Ailəsinə gözəl səbir və fərəhlik versin. Naim qardaşımızın mənə salam göndərən gözəl ailəsinə ən səmimi salamlarımı çatdırır, Allahın onları rəhməti və sevgisi ilə əhatə etməsini arzulayıram.
(A9 TV; 19 noyabr 2017)
Tayyib hocamın NATO məsələsində açıqlamaları çox haqlı və doğrudur. Türkiyənin birinci dərəcəli etməsi lazım olan öz müdafiə sistemini gücləndirmək, öz müdafiə sistemini özü istehsal edən hala gəlməkdir. Raketi vura bilən raket sistemlərini Türkiyə özü istehsal etməlidir.
(A9 TV; 19 noyabr 2017)
Monotonluqdan Quranın zəngin aləmi ilə xilas olarıq. Qurana bağlanan insanın ucsuz-bucaqsız əbədiyyətə açılan sevgi və gözəllik anlayışı olar. Əks təqdirdə isə cəmiyyətin lazımsız qaydaları, vərdişləri insanı cansıxıcı, monoton həyatın içində boğar.
(A9 TV; 18 noyabr 2017)
Qurana görə dostluq himayədarlıq sistemində olar. Qarşındakını öz anan, atan, bacı-qardaşın kimi qoruyaraq, dərin sevgi, hörmət və ehtiramla sahib çıxmaq Qurandakı dostluqdur.
(A9 TV; 18 noyabr 2017)
Münafiqlər Quran oxumaqdan da, oxunmasından da xoşlanmazlar. Lakin Allah bütün müqavimətlərinə baxmayaraq, onları Quran oxuyan, ayədən danışan, paylaşan mövqeyinə gətirir. Müsəlmanların ən təsirli olanlarını öz zəif ağılları ilə tənqid etmək üçün Quran oxuyar və danışarlar. İstəmədən Qurana və İslama xidmət edərlər. Bu da Allahın onlara böyük tələsidir.
(A9 TV; 18 noyabr 2017)
Bədiüzzamanın 12 vəkilindən biri olan Sunqur ağabəy, Adnan Oktara: “Nə xoşbəxt sənə, keçmiş də, gələcək də səni alqışlayır” demişdi. Sunqur ağabəy: “Sən (Adnan Oktar) küfr əhlinə qarşı Zülqərneyn səddi oldun, səni aşıb bizə gələ bilmirlər”. Sunqur ağabəy: “Daha əvvəl biz bir az geri dayanırdıq, risalələrdən başqa kitablarla maraqlanmırdıq. Lakin nəşriyyat aləmində Harun Yəhyanın (Adnan Oktar) əsərlərinin almaz hökmündə olduğunu gördük maşaAllah”.
(A9 TV; 18 noyabr 2017)
Dünyəvilik Quranın hökmüdür. Quranda bildirilən; “sənin dinin sənə, mənim dinim mənə” ayəsi dünyəviliyin ən gözəl izahıdır.
(A9 TV; 18 noyabr 2017)
Səbir, narahat olaraq edilməz. Səbir dözüm deyil. Səbir Allahdan razı olaraq yaşanar. Sevinc içində olduğunu bilərək, xeyir olduğunu düşünərək hərəkət etmək gözəl səbirdir. Allah bu səbri məqbul görər.
(A9 TV; 18 noyabr 2017)
Hörmətli Dövlət Bahçelidən Allah razı olsun. Dəccaliyyətə qarşı hökumətimizə tam dəstək verməsini xahiş etdik və millətimizin bu xahişini yerinə yetirdi. Hal-hazırda çox milli və yerli hökumətimiz var. Səadət partiyası və Böyük Birlik partiyasının da bu ittifaq içində iştirak etməsi çox gözəl olar. Hörmətli Bahçeli maşaAllah çevik dəliqanlıdır, çox mühüm dövrdə çox gözəl xidmət göstərir. Tayyib hocamım və hörmətli Bahçelinin ömrünə verilən bərəkətin səbəbi İslama, Qurana xidmət etmələridir. Allah ömürlərini uzun etsin.
(A9 TV; 18 noyabr 2017)





