Hz. İsa (ə.s) bundan əvvəl onsuz da Yəhudi idi, Yəhudi olduğu halda Xristian oldu. İndi Xristian olduğu halda Müsəlman olacaq. Xristianlar əvvəllər Hz. İsa (ə.s)-ı sevirlərsə, Xristianlıqdan sonra Müsəlman olduğunda onu daha çox sevərlər . Allaha bir yaxın ikən min yaxın olarlar. İslamiyyət onların imanını milyon dəfə artırar.
Bəzi Xristianların Hz. İsa (ə.s)-a Allah demələri (Allahı tənzih edərik), onların beyinlərini qarışdırırdı. Buna görə də Avropada, Amerikada bir çox adam Xristianlığı tərk edir həmin vaxt.
Tövrat və İncilin haqq olan bütün hissələrinə tabeyəm. Tövrat və İncilin bu hissələri nəfisdir, qidadır insanın ruhuna. Bu haqq və dəyişdirilməmiş olan qisimlərin hamısı Quran ilə uyğundur.
Köhnə İncillərdə Allahın “Bir” olduğu bildirilib. Orijinal İncildə bu tapıldı, lakin gizlədilir. Vatikandan çəkindikləri üçün üzə çıxarmaya bilərlər. Vaxtı gələndə üzə çıxacaq inşAllah. Ortaya çıxdığında da karbon tarix müəyyən etmə metoduyla ən köhnə İncil olduğu aydın olacaq.
Kin duyğusu, insanı çox narahat edən, iki tərəfin arasını pozan pis bir hissdir. Cənnətdə kin duyğusu təmizlənir. Allah onu ürəklərdə saxlamır.
Burada çox uzun bir imtahan veririk. Əgər bu imtahan verilməsəydi cənnətə girən insan, bu taxtların niyə var olduğunun mahiyyətini anlamazdı. Cənnət qədəhlərini başa düşməzdi. Yedikləri meyvələrin, içdikləri gözəl içkilərin nə üçün ərmağan edildiyini düşünməzdi. Nemətin sevincini və gözəlliyini yaşaya bilməzdi.
Dünya, cənnət kursudur. Cənnətdə necə zövq alacağımızın bir kursudur. Ona görə burada çox dəqiq bir kursdan keçirik. Bu kursu bitirən, cənnətdə zövqlərin ən gözəlinə sahib olacaq.
Eşqi, ehtirası, mərhəməti burada, dünyada öyrənərik. Çox az şeyi cənnətdə öyrənəcəyik. Bəzəkli bir süfrəni burada öyrənərik, cənnət süfrələrindən ona görə zövq alacağıq. Cənnət qədəhlərindən bu dünyada qədəhləri sevdiyimiz üçün zövq alacağıq. Uçmanın zövqünü buradan bilirik. Allah bu neməti cənnətdə verəcək.
Bundan əvvəlki nəsil çox inanmışdır Darvinizmə. Ona görə Quranda “Ataları xəbərdar edilməmiş” (Yasin Surəsi, 6) ifadəsinə diqqət çəkir Allah. O dövrün köhnəlmiş məlumatının təsirində qalıblar. Amma hal-hazırkı vaxtda internetin və elm sahələrindəki inkişafların təsiriylə, yeni nəsil Darvinizmə inanmır. Hz. Mehdi (ə.s) atalarından qalan materialist anlayışı fikri mübarizə ilə məğlub edəcək.
“Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər.” (Yasin Surəsi, 10) deyir Allah. Yəni “nə qədər dəlil göstərsən də nə qədər elmi fakt göstərsəndə, izah etsənsə də, bir çoxunun başı daş kimidir qəbul etməzlər. Nə edirsən et, mən onları qavramayacaq tərzdə yaratdım” deyir Allah.





