Hz. Mehdi (ə.s)-ın dövründə, darvinizm və materializmin çökdüyü kimi xurafat, mürtəcelik də ortadan qalxacaq. Mehdiyyət mürtəceliyi elə əzəcək ki, bir də üzə çıxa bilməyəcək. Amma Mehdi dövründən kommunizm xortlayacaq onsuz da qiyamət onların üzərinə qopacaq. Bu hal-hazırkı kommunizm deyil, daha betər, qan tökücü bir forması meydana gələcək.

Dəccaliyyətin qapqara qaranlıq olması və İslamın hakimiyyətinin tərtəmiz işıqlanması lazımdır. İndi günorta vaxtına gəldik, Günəş tərtəmizdi. Sonra 1543-cü ildən sonra bu işığı görə bilməyəcəyik. Get-gedə cılızlaşacaq və qapqara qaranlıq çökəcək.

Dəccalın hökmran olması üçün dünyaya hakim olması lazımdır. Darvinizm və materializm dünyanın 99% -nə hakim oldu. Əgər Darvinin fikirləri dərhal yox edilsəydi, dəccal dünyaya hakim ola bilməzdi. Hz. Mehdi (ə.s) isə azsaylı bir birliklə gələcək və neçə-neçə birliklərə hakim olacaq.

Dəccaliyyətə qarşı həll, müsəlmanların birləşmələri, məzhəb ayrılıqlarından əl çəkmələri, qardaşlıq bağları ilə bir-birilərinə bağlanmalı, bir sevgi birliyi meydana gətirmələridir. Qardaşlarımızın silahı sevgi olmalıdır. Sevgidən başqa bir şeyi silah kimi istifadə etdikdə ara qarışar. Qurana söykənən sevgi anlayışı hakim olmalıdır.

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)