Həqiqi mübariz olan insanlar, imansızlığa qarşı iman həqiqətlərini izah edər.
Çirkli, xəstə , Allah sevgisindən uzaq olan insanlar meydana gətirməyə çalışırlar. Biz isə, ruhən, fiziki güclü ,gümrah nəsillər yetişdirəcəyik inşAllah. Coşğu nəsilləri və Allah eşqiylə yanan eşq nəsilləri yetişdirəcəyik.
Hamımız Hz. Mehdi (ə.s)-ın tələbəsiyik. Bir insan istədiyi zaman Hz. Mehdi (ə. s)-ın tələbəsi ola bilər. Eşq məsələsidir bu, sevdinsə tələbəsi olursan.
Dindar masonların yaxın bir zamanda gözəl bir dünya qurmaq üçün əl-ələ verib, hərəkətə keçəcəklərinə inanıram.
İncilin də, Tövratın da haqq olan hissələri nəfisdir, ürəklərə şəfadır. İkisinin də haqq olan qisimlərini kitab halına gətirdim. Tövrat və İncil oxunmaz deyənlər yanılarlar. Quranda var bu haqq kitablar. İncilin də, Tövratın da haqq hissələrini bilməklə mükəlləfik.
Həqiqi iman edənlərin az olmaları əhəmiyyətli deyil. İnananlar həmişə az bir qisim olmuşdur. Qurana görə bu həmişə belədir. Allah əksəriyyət istəmir. Az amma bilikli insan istəyir Allah. Azsaylı bir topluluğun üstün olacağı bir zamandayıq.
İnsanlar Allahı tanımalıdır. Allah sonsuz şəfqət və mərhəmət sahibidir. Allah bizə şəfqəti öyrədir. Şəfqəti, mərhəməti bizə öyrədən Allahdır. Haşa bəziləri Allaha mərhəmət dərsi vermək istəyir. Halbuki onların heç biri bilmədiyi halda, onlara o şəfqət və mərhəmət duyğularını verən Allahdır.
Müharibə deyəndə sevinər, sülhdən danışanda şübhə ilə baxarlar. Qardaşlıq desən onlara qəribə gələr. Həqiqi imanda, sevgi və qardaşlıqda coşğulu olmaq lazımdır. Ən gözəl iş müsəlmanların birləşməsi üçün görülən işdir.
Gözəl qardaşlıq saytları açılsın internetdə. Yalnız qardaşlığa, birliyə yönəldən mesajlar göndərilsin xüsusilə bütün dünya səviyyəsində olan yazılar.
Səhabələr gündə 5 vaxt Hz. Mehdi (ə. s )-ı soruşurdular, onu çox sevirdilər. Mehdiyyət tarix boyun həmişə aktual idi, lakin axır zamanda unuduldu.





