“Dərin həyəcan və hüzurla içdən Məni zikr et” deyər Allah. Yalvara-yalvara, içindən gələrək, coşğulu bir dərinliklə, dərin bir sevgi ilə, haqqıyla Allahdan qorxaraq zikr et dəyər Allah. Belə bir dua bütün dünyanı dəyişdirər.
Hal-hazırda hər kəs səksəkədədir, qorxu içindədir, insanlar heç kimə güvənə bilmirlər. İslam Birliyi qurulandan sonra gecə hər kəs istədiyi kimi küçələrdə gəzər. Birinin qapısına vursan “mən Allah qonağıyam” desən dərhal onlara qonaq olarsan. Rahatlıq təhlükəsizlik olar.
Bütün dünyada zənginlik ,bolluq olacaq, mallar ədalətlə bölüşdürüləcək. İslam Birliyi budur. Biri limuzində gedərkən, bir xidmətçinin zibillikdə yemək axtarması bizi xoşbəxt etməz. Mehdiyyət bunu aradan qaldıracaq.
Elm və sənət İslam Birliyi ilə yüksək inkişaf mərhələsinə çatacaq . Hal-hazırda çoxda estetik baxımdan uğurlu olan binalar inşa edə bilmirlər. İçlərinə ilham gəlmir. Mehdi dövründə o zövqü anlayacaq məmnun olacaq insanlar da yetişəcək. Çünki sırf sənətin olması bir şey ifadə etmir. Sənətdən zövq alan insanların da olması şərtdir. Sənət elm ən yüksək inkişaf nöqtəsinə çatacaq, xəstəliklərə çarə tapılacaq İnşaAllah. Tibdə böyük bir inkişaf olacaq.
İndi eqoistlik hər yeri bürüdüyü üçün həddindən artıq narahatlıq var. İqtisadi böhran hal-hazırda ölkələri əzərək irəliləməyə davam edir. Bu, dəccaliyyətin dumanlı zühurudur. Bu dumanı dağıdan kəslərə biz, Hz. Mehdi (ə.s) və Mehdi tələbələri deyirik.
Bir-birini pessimizmə sürükləmək çox asandır. Tək bir adam “məhv olduq” desə hamısı pessimizmə düşər, amma bir adam canlandırsa dərhal ortalıq canlanarlar. Hz. Mehdi (ə.s) Allah tərəfindən bu vəzifə üçün vəzifələndirilmişdir. Bütün insanları canlandıracaq. Hz. Mehdi (ə.s)-ın vəfatından sonra da Hz. İsa (ə.s) var. Lakin Hz. İsa (ə.s)-ın vəfatından sonra insanların mənəvi dayaqları qalmır.
Uşaqların canları qiyamətdən dərhal əvvəl alınar. Onlar yaşamır bu hadisələri. Uşaqların saçlarının dümağ olması möcüzəvi bir vəziyyətdir və qiyamətin başladığının işarəsidir.
Yaradılış həqiqəti bir okean, darvinistlərin nəzəriyyəsi olan təkamül isə tək bir damladır. Lakin onu da buxarlandırdıq.
Açıq deyirəm, İslam dünyaya hakim olacaq və fanatizm gözləyən adamlar çox müasir çox keyfiyyətli bir həyat sürəcəklər. Əsri səadət tam fərqlidir, fanatizm tam fərqlidir. Hətta dinsizlər kommunistlər, “belə olacağını bilsəydik bütün gücümüzlə dəstəkləyərdik” deyəcəklər.
Müəyyən yollardan keçmək, etirazlarla, çətinliklərlə qarşılaşmaq lazımdır. Çox çətin bir mühitdən keçdikdə coşqu və şövq daha da artar.





