Əsas məsələ insanların imanlı olmalarını təmin etməkdir. İmanlı olduqdan sonra çox asandır; namaz da qılar, oruc da tutar, zəkat da verər, həccə də gedər. Bunun üçün iman həqiqətləri çox əhəmiyyətlidir. İmanlarının artması üçün bizim internet səhifələrimizi ziyarət etmələrini təşviq etsinlər. Mütləq peyklə bizləri hər axşam izləmələrinə təşviq etsinlər.

Həqiqi izah çox əhəmiyyətlidir. İnsanlar din adı ilə ortaya çıxan müxtəlif tiplərə öyrəşiblər. Bir də baxırlar ki, son dərəcə candan, səmimi bir müsəlmanlıq anlayışı var. Son dərəcə ağıllı, Qurana söykənən, xurafatlardan uzaq, dürüstlük üzərinə qurulan sevgi üzərində qurulan, hər an səmimi olan, hər izahı elmə və həqiqətlərə söykənən bir müsəlmanlıq anlayışı, məntiqsiz, ağla uyğun olmayan heç bir izah yoxdur. Bunun qarşısında kim tab gətirə bilər? Necə tab gətirsin? Vicdanla dayana bilməz.

Əlbəttə internet saytlarına, televiziya kanallarına pul veririk. Açılmalı olan öz kanalımız üçün də pul veririk. Nə imkanımız varsa Allah yolunda xərclədik, yayın ən isti aylarında belə, bayramlarda, tətillərdə hər vaxt buradayıq. Başqa şeylərlə maraqlanmırıq. Turist gəzintilərinə çıxmırıq. Yazımız qışımız yoxdur. 30-40 ildən bəri belədir, bütün imkanlarımızı Allah yolunda xərcləyirik.

Təbliğdə savabı qarşısındakı insanlara müqavimət göstərməyərək qazanmaq olar. Qarşısındakı müqavimət göstərməlidir ki,o adamın savabı çox olsun. Müqavimət göstərəcək ki, sən coşğu ilə izah edəsən. Ona görə təbliğ edənin qarşısında müqavimət göstərəcək kəslər hər zaman olacaq.

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)