Çünki əziyyət, ağrı-acı, səbir ediləcək bir məsələ, çətinliklər heç biri olmayacaq. Hər şey asan, hər şey zövqlü və gözəl amma savabı az olacaq. Onun üçün onu Cənabı Allah ən son zamanda yetirir. Müsəlmanlar bol-bol savab qazansın deyə Cənabı Allah Mehdiyyəti də qırx ilə qədər geniş bir zamanda yayar. Dəccalın ölümü qırx il davam edər, hədislərdə açıq-aşkar bildirilmişdir.
Sevgi gələndə, silah susar.
Hz. Mehdi (ə.s)-ın tələbələri munisliklə, təmizliklə tanınacaq, bir-birlərinə bənzəyəcəklər.
Peyğəmbərimiz (s.ə.v) zamanında dini yaymaq arzusu vardı. Peyğəmbərimiz (s.ə.v)-in ətrafında yığışmaq, birlik və həmrəylik göstərmək əsas məsələ idi. Hal-hazırda bir çoxları müsəlmanların parçalanmasını çox normal qarşılayırlar. Belə olduqda isə bir bərəkətsizlik, bir taqətsizlik meydana gəlir.
Dəccaliyyətin dininə toxunmayana hər cür imkanla təmin edilər. Dəccaliyyət az qüvvə ilə dünyanı əsir alan mütəxəssisdir. Dəccaliyyətə hüsnü zənn olmaz. Dəccaliyyət bütün dünyanı əhatə etdiyi halda, dəccaliyyətdən bəhs etməmək, ona qarşı fikri mübarizə aparmamaq mümkün deyil.
Mehdiyyət, Allah tərəfindən dəccala qarşı göndərilmişdir.
İslam əxlaqı dünyaya hakim olduqdan sonra savabların dərəcəsi aşağı düşər, çox azalar.
Qardaşlarımız daim Mehdiyyəti izah edərək dəccalın təsirini yox edə bilərlər. Tək bir izahla insanların beynindəki hipnoz açılmaz, daimi izah etmək lazımdır.
Mehdiyyət olmadan islam Birliyi də olmaz. İslam ölkələri birləşməz. Şiə olan İran, Sünni bir liderin liderliyini qəbul etməz. Sünni bir ölkə də, şiə bir liderin liderliyini qəbul etməz. Belə bir vəziyyətdə islam birliyi qurula bilməz. Amma Hz. Mehdi (ə.s)-ı, şiə də qəbul edər, sünni də, bektaşi də, vəhabi də qəbul edər, xristian da qəbul edər, yəhudi də qəbul edər. Çünki Hz. Mehdi (ə. s)-ı xristianlar da, yəhudilər də gözləyirlər.
Hz. Mehdi (ə. s )-ın əleyhinə edilən dua, dua edənə düşər. Hz. Mehdi (ə.s)-a böhtan atıldıqca gözəlləşər.





