Müsəlman dini Quranın içində tapar. Münafiq isə başındakı dini Quranda axtarar və tapa bilməz. O zaman xurafatlara sığınar. Quranı xurafatlarla birləşdirib tətbiqə baxar.
Müsəlmanları vacib olmayan mövzularla məşğul etmərəm, İslam Birliyi ən zəruri mövzudur.
Peyğəmbərimiz (s.ə.v)-in qadınlara baxış tərzi mükəmməl idi. Qadına olan sevgi Allaha olan sevgidən qaynaqlanar; uşağa, çiçəyə, pişiyə, itə olan sevgi Allaha olan sevgidən qaynaqlanar. Münafiqlərin Allah sevgisi olmadığı üçün bunu anlaya bilməzlər.
Müsəlmanlar son dərəcə şən, xoşbəxt, həyat dolu, coşğulu insanlardır. Aydın fikrə malik, sevgi insanlarıdır.
İnsanların iman etməsinə ən çox təsirli mövzu maddənin əslidir. İnsanların əksəriyyəti görüntünün beyində meydana gəldiyini bilmir. Halbuki, maddənin əslini bilən bir insanın zehnində dünya həyatının həqiqəti, cənnət, cəhənnəm və axirət fövqəladə şəkildə dəqiqləşər.
Reankarnasiyaya inanmaq son dərəcə məntiqsizdir. Bir pişik incələnsə nə olar? Onun təlimatçı, təlim verici heç bir yönü yoxdur. İnsanın imtahanı üçün heç bir mənası yoxdur. Yetkinləşməsi üçün vaxt lazımdırsa, insana dünyada onsuz da qısa bir müddət verilib. İnsanın öyrədilməsi üçün on gün belə kifayətdir, amma Allah 70-80 il verər. Bu, təhsil üçün çox uzun bir vaxtdır.
Dəccaliyyət, müsəlmanlara Allahı zikr etməkdə mane olar. Namaz qılmağın dünya səviyyəsində qadağan edilməsi dəccaliyyətdir. Lakin Mehdiyyət əsla buna boyun əyməyəcək.
Dərin düşünən insanlar Allahın sənətinin fərqinə vara bilirlər. Onun üçün Allah ayədə; “Allahdan ancaq alimlər qorxar” deyə ifadə edər. Allah, müsəlmanların daima düşünməsini, dərin düşünməsini və elm sahibi olmasını istəyir, dərin təhqiq etmələrini istəyir.
” Hz. Mehdi (ə.s)-ı necə gözləyəcəyik, bu 10 il necə keçəcək?” Bu cür söhbətlərlə, izahlarla o qədər gözəl keçir ki. Əgər bu mərhələlər olmasa, Mehdiyyət olmaz. Mehdiyyətin ən gözəl illəri bu illərdir. Ən çətin illəridir, ən gözəl illərdir. Sonra İslam əxlaqı dünyaya hakim olacaq. Hz. Mehdi (ə.s) evində olacaq, söhbət edəcək, gəzəcəklər , amma bunun savabı çox olmayacaq. Yəni çətinlik anında trilyon savab qazanılırsa, rahatlıq anında artıq o qədər çox savab qazanmaq imkanı olmayacaq.
Qurana tam sarılsaq, səmimi olsaq, İslam dünyaya hakim olar. Allahın razılığı İslam Birliyidir.





