Mən “Bir az sonra bura fövqəladə varlıqlar gələcək və biz başqa bir yerə gedəcəyik” desəm və sonra söhbətə davam etsəm ətrafdakılar da bunu fövqəladə bir şey kimi görsə və heç maraqlanmasa bu qəribə olmazmı? “Maddə beynimizdə şəkil kimi görünür” deyirəm, izah edirəm, bəziləri yalnız dinləyib keçirlər. Halbuki, bunu bir az anlasa, bir az düşünsə şoka girər. Allahın yaratma sənətini və gücünü çox yaxşı dərk edər.
Diqqətlərini dağıtmayacaqlar. Allah heç unudulmaz, tale heç unudulmaz. Onun üçün də məni dinləməlidirlər. Hər şeyi Allahın yaratdığı, Allahın bizi həmişə seyr etdiyini unutmamalı, ölüm və axirəti unutmamalıyıq.
Əslində insanlar cənnətdəki sistemi burada görürlər, amma bunu bəzən başa düşmürlər. Biz buna artıq qəflət deyirik. Qəflət pərdəsi gözlərini örtdüyü üçün insanlar Allahı görə bilmirlər.
Hər an yaradılırıq,Allah davamlı yaradır. Beynimizdə hər şey davamlı bir-birini izləyən görünüş kimi yaradılır. Bu görünüşdə ulduzlar var, qayıqçılar balıq satır, simit satıcısı var… Həyat o qədər təbii göstərilir ki, insanların ikinci bir ehtimal verməsi qeyri-mümkün olur. “Əsl həqiqət budur” deyir. Halbuki, biz bunların yalnız beynimizdəki görünüşünü izləməkdəyiz. Bu Allahın sənətidir.
Bəzi insanlar Allahı kölgə varlıq olaraq, özlərini isə həqiqi varlıq kimi görmək istəyərlər(Allahı tənzih edirik). Halbuki, özünün bir kölgə varlıq olduğu həqiqətindən qorxmaq yox, əksinə bunu sevinc və eşqlə düşünmək lazımdır. HƏR ŞEYİN BEYİNDƏ GÖRÜNÜŞ KİMİ YARADILDIĞINI DƏRK EDƏN İNSAN CƏNNƏTİ, CƏHƏNNƏMİ, ÖLÜMÜ VƏ AXİRƏTİ ÇOX YAXŞI QAVRAYARAQ DƏRİNLİKLƏRƏ GEDƏ BİLƏR. Bu mövzuda və digər mövzularda dərin düşünmək Quranın əmridir, bunda çəkinəcək bir şey yoxdur.
Küçədə bir çox insan ölü gəzir. Allah “sən onların gördüklərini sanarsan halbuki, onlar ölüdürlər” deyir.
Hz. Mehdi (ə.s) dünyanı cənnətə çevirəcək. Düşmənlik, zülm, qan və gözyaşı yer üzündən yox olacaq.
Mənə düşmən olmaları məni heç maraqlandırmaz. Mən hər şərtdə haqqı müdafiə edərəm.
Allah Mehdiyyətin Tövratda izah edildiyini “And olsun Biz Zikrdən (Tövratdan) sonra Zəburda da: “Şübhəsiz, Ərzə saleh qullarım varisçi olacaq” şəkilində yazdıq. (Ənbiya Surəsi, 105) ayəsi ilə bizlərə bildirir. Tövratın pozulmayan qisimlərində Mehdiyyət də vardır.
Dünyaya İslam əxlaqını hakim edəcəyik. Görülməmiş bir azadlıq və sevgi olacaq. Sonsuz gözəl Allahımızı daima anacağıq.





