Cənnətdə hər şey bizim ruhumuzu və zövq duyğumuzu tam qane edəcək şəkildədir. Cənnətdəki dostluqlar və sevgi, Allaha olan sevgi, Allahın təcəllilərinə olan sevgi çox qaneedicidir. Cənnət hal-hazırda hazırdır.
(A9 TV; 2 dekabr 2017)
Münafiqlər 3-5 üfunətli it kimi qaranlıqda, leş kimi həyat yaşayırlar. Heç kim yanlarına yaxınlaşmır, saxtakarlar, fırıldaqçılar belə bunlara yaxınlaşmır. Hər kəs bunlardan iyrənir. Özləri də bir-birlərindən iyrənən, qudurmuş kimi bir-birinə hücum edən məxluqlar, utanmadan nur kimi müsəlmanları yanlarına çağırırlar. Bu da münafiqlərin nə qədər axmaq olmasının başqa sübutudur.
(A9 TV; 2 dekabr 2017)
Allah Quranda münafiqlərdən yüzlərlə ayə ilə bəhs edir. Münafiqliyi gündəmdə saxlamaq, Quranın hökmüdür. Quran ayələri ilə münafiqlərin rəftarlarının, sözlərinin eynilə üst-üstə düşməsi Quranın möcüzəsidir. Münafiqlik mövzusundan, ayələrdəki hadisələrin eynisi reallaşdığı üçün bəhs edirik. Quranın möcüzəsinə şahid olduğumuz üçün bəhs edirik.
(A9 TV; 2 dekabr 2017)
Münafiqlər; “bizi necə tanıyırsınız?” deyirlər. Donuzu necə tanıyırıqsa münafiqləri də elə tanıyırıq. Münafiqlərin sözləri, danışıqları, yazıları Quranda bildirilən bütün münafiq əlamətlərini daşıdıqları üçün bir-bir başa düşürük.
(A9 TV; 2 dekabr 2017)
Mehdiyyət dövrünün münafiqləri Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər kimi tarixə düşəcəklər. Məxluq olaraq, bəşəriyyətin baş bəlası murdarlıqlar olaraq kitablara düşəcəklər.
(A9 TV; 2 dekabr 2017)
Münafiq, müsəlmanlardan mənfəət ümid edərək İslama xidmət edər. Mənfəət əldə etməyi gözləyərkən bütün gəncliyi əlindən gedər. Mənfəət əldə edə bilməyəcəyini gördüyü zaman da bu dəfə kin və hərisliklə mənfəət əldə edə bilmədiyi o yeri dağıtmağa çalışar. Təkcə özü dağılar.
(A9 TV; 2 dekabr 2017)
Allah münafiqlərə, gəncliklərini əllərindən alaraq ən böyük cəzanı verər. Münafiqlər dinə və Allaha qarşı qəzəbli olduqları üçün İslam üçün keçirdikləri vaxtdan böyük əzab çəkərlər. Kaş xidmət etməsəydim, sədəqə verməsəydim deyə ömür boyu ciyərləri yanar. Münafiq İslam üçün xidmət etməyi həyatını yandırmaq kimi gördüyü üçün, İslama xidmət edərək keçirmiş olduğu hər gündən ötrü böyük əzab çəkər. Allah bunu onların içinə böyük dərd olaraq verər. Bütün münafiqlərdən Allah gəncliklərini almışdır.
(A9 TV; 2 dekabr 2017)
Şeytan münafiqlərin eqoistlik və təkəbbüründən istifadə edərək bu axmaqları qızışdırar. Müsəlmanlar isə münafiqləri gördükcə Quranın ayələrinin yaşandığını görərlər və mənəvi məqamları çox yüksələr.
(A9 TV; 2 dekabr 2017)
Qurana görə namaz vaxtlı olaraq fərz edilmişdir. Namaz vaxtında yerinə yetirilməsi lazım olan ibadətdir. Dəstəmaz almayıbsansa necə namaz qıla bilmirsənsə, vaxt keçmişdirsə o namaz keçmişdir.
(A9 TV; 2 dekabr 2017)
Ölüm mömin üçün fərəhlik, imtahanının sonu, Allaha qovuşması və aydın oyanışdır. İmtahanın müddətini Allah müəyyən etmişdir. Ən yaxşı şəkildə yetişməmiz dəqiqləşdiyi zaman Allah canımızı alar. Ölüm, konkret olaraq yuxudan oyanmaqdır. İnsanlar dərin yuxudan oyanmış kimi olacaqdır.
(A9 TV; 2 dekabr 2017)





