Bütün güc Allaha məxsusdur. Bircə külli iradə, hakim iradə vardır, yəni Allahın iradəsi vardır. Hər birinə hakimdir. Qədərin hamısı Allaha aiddir. Hər biri Kitabda yazılmışdır. Tək bir an vardır. Tək bir an içində Allah hər şeyi edib bitirmişdir.
(A9 TV; 21 iyul 2012)
Külli iradə, cüzi iradə deyilən bir şey yoxdur. Bir iradə vardır. Onu da Allah yaradır.
(A9 TV; 21 İyul 2012)
Bir insanın xurafatçısı da, dəccalı da əskik olmamalıdır. Fironu, Nəmrudu da əskik ola bilməz. Yaxşı təbliğ edilməsinə vəsilə olurlar. Allah bizi xurafatçısız, münafiqsiz, dəccalsız, fironsuz, nəmrutsuz buraxmır. Biz də bunları elmlə, biliklə əzirik.
(A9 TV; 21 iyul 2012)
İndi oyağıq. Dünya qan ağlayır və biz bu vəziyyətdə rahat yaşaya bilmərik.
(A9 TV; 21 iyul 2012)
MƏNİM MEHDİLİK İSTƏYİM YOXDUR. MƏNİM İSLAM BİRLİYİ ARZUM VAR. Gecə-gündüz istədiyim tək şey budur.
(A9 TV; 21 iyul 2012)
İnsanlar yüksək səslə “Yox olsun İsrail” deyə qışqırırlar. İsrail peyğəmbər adıdır. Quranda ayə var. Hz. Yaqubun adıdır. Elə sözlər demək olmaz. Sən qəddarlara, zalımlara lənət et. Hz. İsrailə lənət etmək olmaz.
(A9 TV; 21 iyul 2012)
Peyğəmbər nəslini yox eləməyə çalışsan, şeytana xidmət etmiş olarsan.
(A9 TV; 21 İyul 2012)
Yəhudilər axır zamanda Hz. Mehdi (ə.s)-a tabe olacaqlar. Tabut, yəni müqəddəs sandıq tapılacaq. Bu, insanlığı xeyli təəccübləndirəcək.
(A9 TV; 21 İyul 2012)
Mehdi mübarizə apararkən xurafatçı, dinsiz dəccallar da ittifaq halında Mehdiyyətə qarşı hücum edəcəklər.
(A9 TV; 21 İyul 2012)
Əvvəllər, məsələn, tək firon idi. İndi yüzlərlə firon, Nəmrud Mehdiyyətə qarşı hücum edir. Buna görə Mehdiyyət çox əhəmiyyətlidir. FİRONLARIN VƏ NƏMRUDLARIN HAMISINA BİRLİKDƏ DƏCCALİYYƏT DEYİRİK.
(A9 TV; 21 İyul 2012)





