Sevgi, şəfqət, mərhəmət, yaxşılıq, gözəllik və ağılın təməlində Allah qorxusu vardır. Allah qorxusu olmadığı zaman insanlar ağılasığmaz zülmlər edə bilərlər. “Mən Allahı sevirəm” deyər amma qeyri-normal hərəkətlər edər. Allah qorxusu gözəl əxlaqın, gözəl davranışın təməlidir.

 (A9 TV; 22 İyul 2012)

Münafiq Müsəlmanların arasında olmayanda bəla ötüşür, Allah müsəlmanların üstündən bəlanı götürür. Mömin şükr etməlidir. Çünki münafiq müsəlmanların arasından çıxdığı andan etibarən sürünəcək. Pərişan olacaq, əqli, ruhi cəhətdən pozğunluğu olacaq. BÜTÜN MÜNAFİQLƏR PEYĞƏMBƏR (S.Ə.V)-İN YANINDAN GETDİKDƏN SONRA PƏRİŞAN OLMUŞLAR.

 (A9 TV; 22 İyul 2012)

Allah müsəlmanları münafiqlərdən uzaqlaşdıraraq Müsəlmanlara yaxşılıq etmiş, onları təmizləmiş olur. Müsəlmanlar onların pisliyindən, qoxusundan, iyrəncliyindən, bərəkətsizliyindən qorunmuş olur.

 (A9 TV; 22 İyul 2012)

Canın çıxması fərqli bir şeydir. Ölüm fiziki ölümdən on dəqiqə, on beş dəqiqə sonra baş verə bilər. On, on beş dəqiqə əvvəl də ola bilər. Və yaxud yarım saat əvvəl də ola bilər. İnsan ölər amma xəbəri olmaz, danışar, halbuki, ölüb. Allah çoxdan canını alıb. İkinci mənliyi ilə danışar. İkinci mənliyi ilə yuxuda danışırmış kimi, hipnozdakı kimi danışar. Amma ölmüşdür.

 (A9 TV; 22 İyul 2012)

Peyğəmbərimiz (s.ə.v.) zamanında münafiqlər beş qəpiklərinə belə diqqət ediblər. Özlərini həmişə ağılsız göstərmişlər. “İmkanım olsaydı pul verərdim, gücüm olsaydı edərdim. “Amma məsələn, uşağını evləndirməyinə çoxlu pul tapıb. Və yaxud başına bir iş gəlir, baxırsan ki, pul tapıb. Və yaxud özünü qurtarmaq üçün fidyə lazımdır, tez çoxlu pul verir. Bu əxlaqsızlar çətinliyə düşdükləri zaman pul taparlar.

 (A9 TV; 22 iyul 2012)

Əgər müsəlmanlar münafiqləri görməsə, onsuz da namaz qılmazlar. Əgər müsəlmanı uzaqdan görsə ayə oxumaz, Allahı zikr etməz, ağzını belə açmazlar. Münafiqlərə diqqət etsəz görəcəksiniz. Yəni əgər birinin münafiq olub-olmamasını bilmək istəyirsənsə namazda xüsusilə ayə oxumadıqlarına diqqət elə. ALLAHI ZİKR ETMƏZLƏR. Oxumamaqlarının səbəbini soruşduqda isə “mən oxuyuram, amma  sən eşitmirsən” deyər. Ağzını belə açmaz. Yəni öz ağlınca ayə oxumağı qeyri-normal hesab edər. Bundan çox sıxılırlar.

 (A9 TV; 22 iyul 2012)

Münafiqlər infaq edərkən çox əzab çəkərlər. Ayədə də var: “Onu bir cərimə sayarlar” . Yəni əziyyət çəkərlər, elə bil ətini qopardırlar. Buna görə də münafiq beş qəpik belə vermək istəməz. Xilas olacağını zənn edərək özünü kənarda saxlayar. Halbuki, Allah  belə olduqda onu bəlaya salır, xəstəlik verir. Beləcə pulunu xəstəliyə, xəstəxanaya xərcləyir.

 (A9 TV; 22 İyul 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)