Şəhid, Qazi ailəsindən pul almaqla varlı olmarsan. Onların gəlməyi bərəkət və gözəllikdir. Allah sizdən qəzanı, bəlanı uzaqlaşdırar. Başınıza gələcək bəlanı uzaqlaşdırar. Xəstəxana pulu etdiyiniz şeyləri üstünüzdən qaldırar, inşaAllah.

 (A9 TV; 20 İyul 2012)

Bacı-qardaşlarımızın hər yerdə az-az da olsa, iman həqiqətlərini, Darvinizmin etibarsızlığını izah etmələri çox böyük nəticələr verər. Zənn edildiyi kimi olmaz. Onu da deyim ki, bir hər zaman min olar. “BİRDƏN NƏ OLAR?” DEME. O, BİR HƏFTƏ KEÇƏNDƏN SONRA MİN OLAR. Min də yüz min olar. Yüz min iki yüz min olar. Rahatlıqla yayılar.

 (A9 TV; 20 İyul 2012)

BİR BAŞQA İNSANIN YAXŞI OLMASINI, DÜZƏLMƏSİNİ İSTƏYİRSƏNSƏ, İSLAM BİRLİYİNİ İSTƏMƏLİSƏN. İslam Birliyi çərçivəsində hər şey düzələcək.  İslam Birliyinə qarşı müqavimət göstərildiyi üçün qardaşlıq, sevgi, məhəbbət qapıda gözləyir.

 (A9 TV; 20 İyul 2012)

Səbir olmalıdır. İllərə davam gətirə bilən səbir olmalıdır. Mehdi tələbələrinin əsas xüsusiyyətlərindəndir. Səbirli olmaq və dayanıqlılıq, mətanət göstərmək, mübarizədən heç bir şəkildə imtina etməmək, əzm edib sonuna qədər davam etmək lazımdır.

 (A9 TV; 20 İyul 2012)

BİR İNSAN, BİR QRUP HƏQİQƏTƏN İMAN ETSƏ, ARTIQ ONA DÜNYADA QALİB GƏLƏN GÜC QALMAZ. Bu bir möcüzədir. On adam belə olsa, həqiqətən iman etdikləri zaman, məsələn, yeddi milyardlıq dünya onların qarşısında dura bilməz. Mütləq həmin on adam qalib gələr. Möcüzədir. Cənabı Allahın belə bir möcüzəsi vardır.

 (A9 TV; 20 iyul 2012)

Darvinin, Marksın dediklərinin hər biri Allah qatında hazır idi. Məsələn, Marksın kapitalı daha o doğulmadan əvvəl, heç atası belə doğulmamışdan əvvəl hazır idi, AMMA ALLAH ONA ÖZÜ YAZIRMIŞ KİMİ GÖSTƏRİR. Beynində elə göstərilir.

 (A9 TV; 20 iyul 2012)

Darvinistlər bir şeyi izah etdikləri zaman Allah onlara onu etdirir. Özü edə bilməz. Beyninə hazır məlumat axır, yalnız onu söyləyir. Ondan kənar bir şey söyləyə bilməz. Nə ondan artığını, nə də əskiyini, tam doğrunu söyləyər.

 (A9 TV; 20 iyul 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)