Məsələn, hər hansı hadisə olsa qədər daxilində olur. Və yaxud başına bir bəla gəlsə, polis tutsa, hücum olsa, qədərində yazılan olur. Onun hikməti savabının artmasındadır. Bədiüzzaman həbs olundu, bununla cənnətini genişləndirdi. Həbs olunar, təhqirə məruz qalar və beləcə cənnəti genişlənir.
(A9 TV; 22 İyul 2012)
Münafiqlərin xüsusiyyətləri odur ki, yaxşılıq deyil, fitnə, pislik, alçaqlıq axtarırlar. Məsələn, İslam Birliyini müdafiə etmək, Darvinizmi, materializmi çökdürmək üçün fəaliyyət göstərmək, müsəlmanlar arasındakı dostluğu gücləndirmək, xeyirli gözəl işlər etmək əvəzinə, müsəlmanlara qarşı çalışarlar.
(A9 TV; 22 iyul 2012)
Allah məni cəhənnəmə də salsa, mən yenə Allahı xatırlayaram. Eşqlə, coşğu ilə Allahı xatırlayaram. Yenə eşqimi ifadə edir, sevgimi daha da gücləndirərəm. Bu zaman ağrının qorxusu deyil, Allahın razılığını itirmək qorxusu hakimdir. Allahın razılığını itirmədikdən sonra mən acı çəksəm də olar. Mənim üçün heç fərq yoxdur. Yəni istədiyi qədər acı çəkim amma Allahın razılığını itirdikdən sonra cənnət kimi mühitdə olsam, ora mənə cəhənnəm kimi olar.
(A9 TV; 22 iyul 2012)
Allah qorxusu aşiqi küsdürməməkdir. Mən Allah aşiqiyəm, eşqlə sevdiyim Allahı küsdürmək istəmirəm. Onun razı qalmaması mənə iztirab və acı verər.
(A9 TV; 22 iyul 2012)
Allah qorxusu qüvvətli sevgidən qaynaqlanan qorxudur. Yəni bir insanın bombadan və yaxud başqa nədənsə qorxması kimi deyil. AŞİQİNİ, AŞİQ OLDUĞU ALLAHI İNCİTMƏKDƏN QAYNAQLANAN QORXUDUR.
(A9 TV; 22 iyul 2012)
İmani mövzuda zarafat etmək heç də əyləndirici deyil. Yəni biz Allahdan qorxuruq, Allaha hörmət edirik. Allahı çox çox sevirik, Allaha aşiqik. İnsan eşqlə sevdiyinə, dərin sevgi hiss etdiyinə qarşı belə nəlayiq zarafatlar edə bilməz.
(A9 TV; 22 iyul 2012)
İslam 10 il sonra tam fərqli şəkildə insanların qəlbində yer almış olacaq, inşaAllah amma biz ən çox savabı qazana bildiyimiz dövrdə olduğumuz üçün var gücümüzlə səy göstəririk. Həmişə cəhd edib çalışırıq amma savabın çox olduğu dövrlər fərqlidir.
(A9 TV; 22 iyul 2012)
İsrail soyundan olmağımla iftixar edirəm, möhtəşəm bir şeydir. Hz. Davud (ə.s.), Hz. Yaqub (ə.s.), Hz. İbrahim (ə.s.), Hz. Yusif (ə.s.) soyundanam. Peyğəmbər nəslindən olmaqla da fəxr edirəm.
(A9 TV; 21 iyul 2012)
Allaha tam sığınsınlar, təslim olsunlar. Bərəkət və bolluq bütün dünyanı bürüyür. Başqa yolla ağrıdan, bəladan, fəlakətlərdən xilas ola bilməzlər.
(A9 TV; 21 iyul 2012)
Sən ətdən, sümükdən meydana gəlmiş zavallı bir varlıqsan. Üstəlik də onun görüntüsüsən, kölgə varlıqsan. Bütün gücün Allaha aiddir. Bizi danışdıran da Allahdır. Allah belə buyurur “Allah istəməsə, siz istəyə bilməzsiniz”. Nitqi verib danışdıran Allahdır, ayə vardır. Ayədə deyir “Nitqi verən Allahdır”.
(A9 TV; 21 iyul 2012)





