Ölümü, cinayəti, əsgərlərimizin şəhid edilməsini təşviq edən bir təbliğat fikir deyil. Bu, cinayətə təşviqdir. Cinayət planı qurmaq qəsdən işlənəcək bir cinayətdə təhrikedici olmaq deməkdir. Buna görə şəhidlərimizə oynanılan bu oyunu, bu sui-qəsdi lənətləmək hər bir vətəndaşın boynunun borcudur.

 (A9 TV; 10 Avqust 2012)

Kürd bacı-qardaşlarımız Türkiyə Respublikasının şərəfli, üstün, gözəl əxlaqlı üzvləridir. Allah ömürlərini uzun etsin. Bacı-qardaşlarımızın ən gözəl şəkildə yaşamaları üçün cəhd edəcəyik. Çox əziyyət, acı çəkdilər. Bundan sonra sakitlik, rahatlıq, sevinc onların haqqıdır, inşaAllah.

 (A9 TV; 10 Avqust 2012)

Kürdlər bizim canlarımızdır, Bədiüzzamanın, Səlahəddin Əyyubinin övladlarıdır. Onlar ən qiymətli, ən müqəddəs vətəndaşlarımızdandır. Onları dağlıq bir ərazidə, kommunistlərin əlində, mərhəmətsiz bir mühitdə, estetikadan, sənətdən və gözəllikdən məhrum yalnız qanın və irinin izah edildiyi kommunist bir dövlətdə məhv edilmələrinə icazə vermərik.

 (A9 TV; 10 Avqust 2012)

Millətimizin 70%-i Mehdi (ə.s)-ın çıxacağından və Mehdi (ə.s)-ı görəcəyindən əmindir . 99%-ni də Darvinizm məsələsində razı saldıq, Darvinizmin etibarsız olduğuna inandılar. Bu səbəbdən çox təsirli hərəkət edirik, əlhəmdülillah, maşallah, Allah vəsilə edir.

 (A9 TV; 10 Avqust 2012)

Müsəlmanları ümidsizliyə sövq edənlər, Mehdi (ə.s) barəsində müsəlmanların şövqünü qırmağa çalışanlar bu terror bəlasının içinə girmiş olurlar. Onun üçün də bacı-qardaşlarımız təkidlə və qətiyyətlə həm Mehdiyyəti, həm də Darvinizm, materializmin etibarsızlığını hər yerdə izah etsinlər.

 (A9 TV; 10 Avqust 2012)

On minlərlə, yüz minlərlə, milyonlarla qalığa qarşı laqeyd olmaq mümkün deyil. Elmi həqiqətlərə müqavimət göstərmək olmaz. Qalıqlar hər yerdə öz mükəmməlliyini göstərir.

 (A9 TV; 10 Avqust 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)