Şeytanla qarşılaşdığı zaman onunla elmi mübarizə aparmamaq uyğun olmaz. Şeytan ayağına gəlibdirsə onunla mübarizə aparma ibadətinin vaxtı gəlmişdir. Bu möminin mübarizəsi ağılla, elmlə, irfanla, hüquqla olar. Münafiq, şeytanın üzərinə çökdüyü varlıqdır. Buna görə də, münafiqin hər cümləsini, hər davranışını çox yaxşı təqib etmək lazımdır. Bunların hamısı şeytanın vəhyidir. Mömin bunların hamısını bir-bir müəyyənləşdirib təhlil edər.

(A9 TV; 4 dekabr 2017)

Biz adi varlıq deyilik. Allahın ruhunu daşıyırıq. Allahın ruhunu daşıyan qətiyyən cəhənnəmə getməz. Lakin mömin olaraq hər zaman cəhənnəmdən qorxmalıyıq, cəhənnəmin insanı olmaqdan Allaha sığınmalıyıq.

(A9 TV; 4 dekabr 2017)

Yaxşıları sevməyimiz üçün müqayisəyə ehtiyacımız var. Yoxsa həyat ölər. Pislərin, münafiqlərin mövcudluğu olduqca əhəmiyyətlidir. Möminin sevincini, möminin fəallığını onların mövcudluğu təmin edər. Küfr əhli, pislik, münafiq olmadan imtahan olmaz. İmtahan olmadıqda da biz dəyərli olmarıq. Ucala bilmərik. Bir-birimizi sevə bilmərik, Allah verməsin. İmtahansız heç nə olarıq. Sirr içində sirr var, bütün bu məsələlərdə.

(A9 TV; 4 dekabr 2017)

Münafiqlərdə çox güclü cinayət meyli var. Hz. Əlini şəhid edənlər də münafiqlərdir. Dindən, Qurandan istifadə edərək hz. Əlini şəhid etdilər. Münafiq Quranla ortaya çıxar, ağılsızcasına Qurandan istifadə edərək müsəlmanlara zərər verməyə çalışar.

(A9 TV; 4 dekabr 2017)

Şeytan, insanların Allahı tərk edəcəklərini iddia edərək ortaya çıxdı. “Bəndələrini azdıracağam” dedi. Münafiq də bu çirkin əxlaqa sahibdir. Möminlərin elçini tək qoymasını istəyər və var gücü ilə möminlərin elçinin ətrafından dağılması üçün çalışar.

(A9 TV; 4 dekabr 2017)

Samiri həm ləyaqətsiz, həm namussuz, həm oğru, həm də fırıldaqçı idi, lakin müsəlmanların hz. Musanın yanından ayrılıb öz yanında toplanmasını istəyirdi. Münafiq axmaq olduğu üçün müsəlmanların elçinin ətrafından dağılıb özünün yanında toplaşacağını zənn edər.

(A9 TV; 4 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)