Münafiq İslam əxlaqının hakim olacağından bəhs etməz. Müsəlmanların mənəvi liderinin olmasını heç vaxt qəbul etməz. Liderlərlə itaət etməyin fərz olduğunu eşitmək istəməz. Mehdiyyətdən, İsa Məsihin gəlişindən heç vaxt bəhs etməz. Mehdiyyətin müvəffəqiyyətli olduğu məsələlərdən şiddətlə çəkinər, çünki mehdiyyətə dəstək olmaq istəməz. Mehdiyyət İslam Birliyini müdafiə etdiyi üçün münafiq tərsini müdafiə edər.
(A9 TV; 3 dekabr 2017)
Ləyaqətsiz, namussuz, şərəfsiz olduğu halda, özünü dürüst, faydalı insan kimi göstərməyə çalışmaq münafiqin ən bariz əlamətidir. İkinci olaraq da münafiqlər mütləq müsəlmanların dağılmasını istəyər, İslama faydalı olacaq hər şeyə qarşı olarlar.
(A9 TV; 3 dekabr 2017)
Münafiq ən ləyaqətsiz, ən şəxsiyyətsiz, ən fırıldaqçıdır, lakin özünü dürüst, dinə faydası olan, insanları guya xilas edən insan kimi göstərməyə çalışar. Hər münafiq vətəni xilas edən axmaq kimi ortaya çıxar. Məsələn, münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in möminlərin yaxşılığını düşünmədiyini, özlərinin daha ağıllı, daha ədalətli olduğunu iddia edirdilər. Peyğəmbərimiz (s.ə.v)-in nə üçün Peyğəmbər olduğunu anlamır, ona verilən nə üçün bizə verilmir deyirdilər. Peyğəmbərin sahib olduğu hər şeyə həsəd aparırdılar.
(A9 TV; 3 dekabr 2017)
Tarix boyu bütün münafiqlər mehdiyyətə qarşıdırlar. Əhli-beytə qarşı olmalarının səbəbi də hz. Əlini, hz. Həsəni, Hz. Hüseyni şəhid etmələrinin səbəbi də Mehdi əleyhinə olmalarıdır.
(A9 TV; 3 dekabr 2017)
Hər yuxuda insana xüsusi xatirə verilər. Xatirə verildiyi üçün ən anormal şərtləri belə normal görərik. Məsələn, qarışqa üstünə minib Kayseriyə gedir, bunda təəccüblənəcək nə var deyir. Çünki xatirə və yaddaş bu şəkildə verilir. Məsələn, yuxusunda uçduğu zaman təəccüblənmir, çünki hər yuxu yaddaşı ilə yaradılır. Yuxunun yaddaşında daha əvvəl də uçduğu bilgisi olduğu üçün yuxu görən adam təəccüblənməz.
(A9 TV; 3 dekabr 2017)
Allah İslam yolunda xidmət edən bütün bacı-qardaşlarımıza addımlarının sayı qədər, nəfəslərinin sayı qədər savab nəsib etsin.
(A9 TV; 3 dekabr 2017)
Eqoist insanlar olmasa fədakar olanların dəyəri anlaşılmaz. Yaxşı olanın dəyərinin anlaşılması üçün pis olan xüsusi yaradılar. Eqoistlik insanı çirkləndirən murdarlıqdır. İnsanlar eqoistliyi gördükdən sonra fədakar insanın gözəlliyini böyük aclıqla görər.
(A9 TV; 3 dekabr 2017)
Münafiq faydalı şeyi zərərli kimi göstərərək müsəlmanlar əleyhinə bilgi yayar. Ağlı zəif olan bəziləri də münafiqlərin bu axmaqca sözlərinə aldanarlar.
(A9 TV; 3 dekabr 2017)
Tarix boyu bütün qadın münafiqlər qırxayaq, bütün münafiqlər kaftar xarakterindədir. Münafiq hadisələri heç vaxt qavraya bilməyən axmaqlıq içindədir. O qədər əxlaqsızlığına baxmayaraq əxlaq dərsi verməyə cəhd edər. Peyğəmbərimiz (s.ə.v) dövründə də oğurluq etmiş, uşaq olarkən də quldur olan, fırıldaqçı, saxtakar olan münafiqlər Peyğəmbərə haşa necə davranacağını öyrətməyə çalışırdılar.
(A9 TV; 3 dekabr 2017)
Peyğəmbərimiz (s.ə.v)-in kasıb olarkən varlı olması, həyat yoldaşlarının çox gözəl olması münafiqlərin heç xoşuna gəlmirdi. Özlərinin Peyğəmbəri zəngin etdiklərini zənn edirdilər. Münafiq həm axmaq, həm də alçaqdır. Peyğəmbəri zəngin edən, onu sevən gözəl həyat yoldaşları yaradan Allahdır.
(A9 TV; 3 dekabr 2017)





