Müsəlman gecə-gündüz Allahı düşünər. Allah ilə diqqətli və səmimi əlaqə, mühüm məsələdir. Bütün gücün Allaha məxsus olduğunu səmimi təfəkkürlə bilmək əhəmiyyətlidir.
(A9 TV; 4 dekabr 2017)
Münafiq taledə məğlub olaraq yaradılar. Münafiqləri Allah müsəlmanlara xüsusi olaraq müsəllət edər ki, məqamları möhkəmlənsin. Rəsulullah (s.ə.v) dövründə Allah 300 münafiqi Peyğəmbərimiz (s.ə.v)-ə müsəllət etmişdi ki, himayədarlıq məqamı daha da möhkəmlənsin. Münafiq hər yerdə müsəlmanın qarşısına çıxan insan görünüşlü şeytandır. Münafiqlərin danışıqları, məqalələri kəskin şəkildə şeytan iyi verər.
(A9 TV; 4 dekabr 2017)
Yəməndəki müharibənin bitməsi üçün Türkiyə fəaliyyətə keçsin. Şiə-sünni, hamısı nur kimi müsəlmandır. Hamımız Allah təkdir deyirik, hamımız Peyğəmbərə bağlıyıq. Şeytanın müsəlmanlar arasına düşmənçilik salmasına icazə verməyək.
(A9 TV; 4 dekabr 2017)
Müsəlman üçün şeytanı məğlub etmək çox mühüm ibadətdir. Buna görə də, möminlər insan formasına girmiş münafiqlə qarşılaşdığı zaman fitnəni tam zərərsizləşdirənə qədər elmi mübarizə aparmaqla məsuldurlar.
(A9 TV; 4 dekabr 2017)
Doğru danışmaq çox zövqlüdür. İnsan sevdiyi ilə israrla doğru danışırsa, bu, ruhunda çox gözəl həyəcana səbəb olar.
(A9 TV; 4 dekabr 2017)
Hz. Mehdi dövründə bütün silahlar aradan qalxacaq. Top, tank, tüfəng qalmayacaq. İnsan öldürmək üçün texnologiyadan istifadə edilməsinə insanlar çox təəccüblənəcək, bunun anormallığını görəcəklər.
(A9 TV; 4 dekabr 2017)
İslam Birliyinin vaxtı üçün təqdir edilmiş zaman var. Əlamətlərə baxaraq bu vaxtın artıq yaxın olduğunu anlayırıq. Peyğəmbərimiz (s.ə.v) 1400 il əvvəl görmüş kimi bu gün yaşananlardan danışmış və dedikləri bir-bir olmuşdur.
(A9 TV; 4 dekabr 2017)
İnsan dünyadakı təhsillə özünün nə olduğunu görər. Özü haqqında bilgiyə sahib olar. Axirətdə sevildiyimizi dünyada yaşadığımız təhsillə anlayırıq.
(A9 TV; 4 dekabr 2017)
Münafiqin yazdığı hər sətir şeytanın vəhyidir. Nələrə həsəd apardığını, nəyə kinləndiyini, İslama haralardan hücum edə biləcəyini görürük. İmanda və elmdə dərin olanlar bu yazılardakı şeytanın qaranlığını tam diaqnoz edərlər.
(A9 TV; 4 dekabr 2017)
Quran insanların normal ağla sahib olmasını təmin edər. Quran olmadığı zaman insanın sabit və tutarlı olması mümkün olmaz.
(A9 TV; 4 dekabr 2017)





