Ağıllı olan qadın mütləq gözəl və cazibədardır. Ağıllı olub da gözəl olmayan qadın yoxdur.
(A9 TV; 5 dekabr 2017)
Münafiqlər ömürlərinin sonuna qədər tək yaşamağa məhkumdur. Allah onları iyrənc və namərd olaraq yaratmışdır. Bütün insanlar bu iyrəncliyi bildiyi üçün onlardan uzaq dayanırlar.
(A9 TV; 5 dekabr 2017)
İnsanlar imtahanı və sınaq sözünü səhv başa düşürlər. Bizi yaradan bizi tanıyar, sınamaz. İmtahanın mənası bizim özümüzü tanımağımızdır. Allah bu dünyada bizi bizə tanıdır. Özümüzü və sevdiklərimizi tanımağın adına sınaq deyilir.
(A9 TV; 5 dekabr 2017)
Ağlın önündəki maneə qeyri-səmimilik və eqoistlikdir. Allahı unudan, Quranı həyata keçirməyən, şirkə düşən insan ağıllı ola bilməz.
(A9 TV; 5 dekabr 2017)
Təkamül Allahın mövcudluğunu inkar etdiyi və hər şeyi təsadüfün əsəri gördüyü üçün dəccaliyyətin qapısı sonuna qədər açıldı. Sevgisizlik və eqoistlik bütün dünyanı bürüdü.
(A9 TV; 5 dekabr 2017)
Din deyildiyi zaman insanların bir hissəsinin ağlına hacı dayılar və məscid gəlir. Din elə anlayış deyil. Din, dünyanı yaradan üstün ağlın ən keyfiyyətli, ən dürüst, ən mükəmməl insan olmağımız üçün bizə göstərdiyi üsuldur. İnsan təkcə dini yaşadığı zaman ruhən və fiziki cəhətdən ağıllı və sağlam olar.
(A9 TV; 5 dekabr 2017)
Milli liderin ətrafında möhkəm birləşmək çox əhəmiyyətlidir. Tayyib hocama sağ, sol bütün partiyaların dəstək verməsi lazımdır. Vətən millət dövlət məsələsi olaraq milli liderimizi qorumaq əsas şərtdir. Tayyib hocama güclü dəstək təmin etdikdən sonra İngiltərə dərin dövləti istədiyi qədər atılıb düşsə də heç nə edə bilməz.
(A9 TV; 5 dekabr 2017)
Dua, səmimi üslubla olar. Müsəlmanın ən birinci tələbi ən dərin imanla iman gətirmək, səmimiyyətlə şirkdən qorunmağı istəməkdir.
(A9 TV; 5 dekabr 2017)
Çox səmimi olan Allahı çox sevər. Allahı çox sevənin narahat olacağı heç bir hadisə olmaz. Ən əhəmiyyətli olan Allahın şəninə uyğun Allahı sevmək, Allahın şəninə uyğun Allah ilə əlaqədə olmaqdır. Hərdənbir çeklərin, sənədlərin arasında qısaca Allahı xatırlamaq həddindən çox çirkin rəftardır. Dünyadakı heç nəyə əhəmiyyət vermədən bütün diqqətin Allaha yönəldilməsi lazımdır.
(A9 TV; 5 dekabr 2017)
Sevgini müdafiə edənlər əslində əksəriyyətdir. Həmişə sevgidən bəhs edərək sevgisizləri utandıraq. Gənclərin hamısı sevgi, dostluq, mərhəmət, heyvana, çiçəklərə, gözəlliklərə, sevgi istəyirlər. Sevgi istəyənlər birlik olub önə çıxsa məsələ bitəcək.
(A9 TV; 4 dekabr 2017)





