Peyğəmbərimiz (s.ə.v)-in ətrafına dəstə-dəstə insan gəlməsi münafiqləri dəli edirdi. Axmaq münafiqlər Allahın qüdrətini və gücünü heç cür anlaya bilməzlər. Özlərinin bu qədər əks təbliğatına baxmayaraq, insanların Peyğəmbərimiz (s.ə.v)-i sevmələrini heç cür anlaya bilmirdilər. Bunun səbəbi də Allahın gücünü dərk edə bilməmələridir, o fəaliyyətləri özlərinin etdiklərini zənn edərlər. Halbuki hər şeyi etdirən Allahdır.
(A9 TV; 6 dekabr 2017)
Münafiqi ən çox qəzəbləndirən şeylərdən biri, möminlərin sahib olduğu nemətlərdir. Peyğəmbərimiz (s.ə.v)-in Bizans cübbəsi geyinməsi, çox yaraşıqlı olması münafiqləri hiddətləndirirdi. Müsəlmanlar dağılsın, İslam güclənməsin deyə var gücləri ilə çalışırdılar. Lakin münafiqin həmləsi müsəlman üçün bərəkətli yağış kimidir, hər həmlələrində müsəlmana bərəkət yağar. Bu həmlələr münafiqlərdə isə büzücü təsir yaradar, içlərinə çökərlər.
(A9 TV; 6 dekabr 2017)
Peyğəmbərimiz (s.ə.v)-in münafiqləri İslama xidmət etdirib qənimətdən pay verməməsi münafiqlərə çox pis təsir edirdi. Münafiqlər ardı-arxası kəsilməyən fitnə-fəsadlar törədir, lakin Peyğəmbərimiz (s.ə.v)-ə qətiyyən zərər verə bilmir, İslamın yayılmasına mane ola bilmirdilər. Dövrün dərin dövlətləri olan Sasanilərlə, Bizansla əməkdaşlıq edir, lakin yenə də nəticə ala bilmirdilər.
(A9 TV; 6 dekabr 2017)
Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarının gözəlliyi münafiqlərin heyrətamiz həsəd aparmasına səbəb olurdu. Qadınlar münafiqlərin yanına yaxınlaşmaz. Peyğəmbərimiz (s.ə.v) dövründə də qadınlar Peyğəmbərimiz (s.ə.v)-ə dərin sevgi ilə bağlanır, münafiqlər isə tək-tənha yaşayırdılar. Qadınlar münafiqlərdən nifrət edirdi. Bu, əhəmiyyətli münafiq əlamətidir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyatının hər cəhətinə həsəd aparırdılar, yediyinə, geyindiyinə, sevilməsinə, sevməsinə heyrətamiz həsəd aparırdılar.
(A9 TV; 6 dekabr 2017)
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar.
(A9 TV; 5 dekabr 2017)
Qadının ən gözəl zinəti, imanı və imandan irəli gələn ağlıdır. Ağıllı qadın ehtirasın ucsuz-bucaqsız okeanıdır. Ağıllı qadın böyük təsir etmə gücünə sahibdir. Ət-sümük vəsilədir, əhəmiyyətli olan ruhdur. Dolayısilə qadının ağlı çox əhəmiyyətlidir.
(A9 TV; 5 dekabr 2017)
Münafiqlər müsəlmanlara hücum etdikcə daha çox çürüyərlər. Ürək ağrıları ömürlərinin sonuna qədər onları qovurar. Münafiqlərin İslam Birliyini istəməmələri, mehdiyyətdən heç vaxt bəhs etməmələri, İslamın hakim olması üçün səy göstərməmələri, bütün hədəflərinin müsəlmanlar olması çirkin imzalarıdır.
(A9 TV; 5 dekabr 2017)
Allah gözəlliyi taledə xüsusi yaradar. Allah sevdiyi bəndəsinə nemət olaraq həmişə gözəllik göstərər və bu gözəlliyi sevdirər. Allah həm gözəli, həm də gözəli sevməyi eyni anda yaradar. İnsan bunu heyrətamiz həzz olaraq hiss edər.
(A9 TV; 5 dekabr 2017)
Kitab çox vəfalı mürşiddir. Nəsillər boyu insan öyrədər. İmani kitabı pulsuz hədiyyə etmək ən gözəl hədiyyələrdən biridir.
(A9 TV; 5 dekabr 2017)
İnsanın normal həyatı öldüyü zaman başlayır. Dünya bir çox acizliyin yaradıldığı xüsusi mühitdir. Ölümlə birlikdə axirətdə insan bütün acizliklərdən xilas olur.
(A9 TV; 5 dekabr 2017)





