MHP hər kəsi sevgi ilə bağrına basan mədəniyyət millətçisi olan partiyadır. MHP irqçi millətçiliyə də şiddətlə qarşıdır. Türkiyə sərhədləri daxilindəki bütün laz, kürd, çərkəz bacı-qardaşlarımız türk milləti olaraq qəbul edilər. MHP də Türkiyə torpaqlarındakı hər kəsi türk olaraq qəbul edər.

(A9 TV; 6 dekabr 2017)

Müsəlman Quranla birlikdə yaradılar, sevdikləri ilə birlikdə yaradılar. Zər aləmində müsəlmanlar birlikdədir, dünyada da, axirətdə də birlikdə olarlar. Münafiqlər də zər aləmində münafiqlərlə birlikdədirlər, dünyada da, cəhənnəmdə də bir yerdə olacaqlar.

(A9 TV; 6 dekabr 2017)

Münafiqlər Peyğəmbər (s.ə.v)-in doğru yolda olduğunu çox yaxşı bilirlər. Bunu bildikləri üçün illərlə Peyğəmbər (s.ə.v)-in yanında olurlar, var gücləri ilə Peyğəmbər (s.ə.v)-i müdafiə edirlər. 10-20 il küfr əhlinin, dəccaliyyətin Peyğəmbərimiz (s.ə.v) əleyhinə yönəlmiş bütün iddialarına tək-tək cavab verirlər, bütün imkanları ilə Ona dəstək olurlar. Sonra maddi mənfəət əldə edə bilmədikdə bir anda minlərlə böhtanla Peyğəmbərimiz (s.ə.v)-ə müxalif vəziyyətə gəlirlər. Peyğəmbər (s.ə.v)-i 15-20 il dəstəkləyib 21-ci il minlərlə əks iddia ilə Peyğəmbərimiz (s.ə.v)-in qarşısına çıxmaları, münafiqlərin necə iblisanə ruhda olmalarının sübutudur. Şeytanın sözü ilə Dəccalın əmrinə tabe olduqlarının açıq göstəricisidir. Münafiq olduqlarının Allah tərəfindən onlara sübutudur.

(A9 TV; 6 dekabr 2017)

Münafiqlər tarixin hər dövründə eyni üsulları tətbiq edərlər. Axırzaman münafiqləri Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlərlə eynidirlər. Axırzaman münafiqləri hz. Musa (ə.s) dövründəki münafiqlərə də oxşayırlar. Səhabələrin münafiqləri bu qədər əhatəli izah etməsinin hikmətlərindən biri də Axırzaman münafiqləri ilə müqayisə aparılmasıdır. Axırzamanda imkanlar daha inkişaf etmiş olduğu üçün münafiqlər haqqında daha ətraflı izahat veriləcəkdir. Gələcək nəsillərə də bilgi ötürmək üçün münafiqlərin hər davranışı çox təfsilatlı ifşa edilib izah ediləcək. Hər dövrün münafiqləri kimi Axırzaman münafiqləri də tarixə düşəcəklər.

(A9 TV; 6 dekabr 2017)

İngiltərə dərin dövləti həm Türkiyəni, həm də bütün türk-islam aləmini dağıdıb yox etməyə qətiyyətlidir. Türkiyədə iradəli, cəsarətli liderə ehtiyac vardı. Bu lideri Tayyib hocam olaraq Allah qarşımıza çıxartdı. Onu müvəffəqiyyətli etdi. Əlimizə keçən bu nemətə diqqət göstərməyimiz, Tayyib hocamızı hakimiyyətdə saxlamağımız mühümdür. Tayyib hocamızın şəxsini çox güclü saxlamağımız çox əhəmiyyətlidir. Milli lider çox əhəmiyyətlidir. Var gücümüzlə Tayyib hocamızı dəstəkləyəcəyik. Çox şövqlü, çox əzmkar, çox səmimi, etibarlı müsəlmandır. Allah rizası üçün respublikanın rəisi olmaq kimi çox çətin vəzifəyə talib oldu. Heç bir mənfəəti yoxdur. Millətimiz üçün Tayyib hocam çox böyük nemətdir. Millət olaraq belə etibarlı lider ətrafında toplanmağımız bizi çox güclü edər.

(A9 TV; 6 dekabr 2017)

İngiltərə dərin dövləti sel kimi müsəlman qanı və musəvi qanı axıdılsın istəyir. Qüds dini şəhər, tarixi şəhərdir. Orijinal halı ilə qalması lazımdır. Siyasi fəallığın Qüdsə daşınması doğru olmaz. Mövcud vəziyyəti qorumaq doğru olar. Müsəlmanlarla musəviləri vuruşdurmağı hədəf seçən oyuna düşməmək lazımdır. Qüds, xristianlar, musəvilər, müsəlmanlar üçün müqəddəs torpaqdır. Hər üç dinin mənsubları birlikdə, qardaşcasına, bu torpaqlarda yaşamalı, rahat-rahat ibadət etməlidirlər. İngiltərə dərin dövləti sel kimi qan axacaq bir müharibə istəyir, bu təhrikə heç kim düşməsin.

(A9 TV; 6 dekabr 2017)

Dəccaliyyət tarix boyu qadınları hədəf alıb. Hindistanda əri öldüyü zaman arvadını da diri-diri yandırırlar. Demək olar ki, hər ölkədə qadındırsa mütləq döyülməsinin, əzilməsinin lazım olduğunu düşünürlər. Cənubi Amerikadakı divar şəkillərində qadınları diri-diri quyulara atmaq kimi dəlisov ayinlər var. Minlərlə ildir ki, çirkin ənənə olaraq gələn qadın düşmənçiliyini mehdiyyət tamamilə aradan qaldıracaq.

(A9 TV; 6 dekabr 2017)

Münafiqin kini təkcə özünü əldən salar. Münafiq donuz kimi özünü yerdən-yerə atar, o hər çırpındığı zaman müsəlmanların sahib olduğu nemətlər daha da artar. Münafiqin dili ilan dili kimidir, boş-boş danışar, axmaqca danışar, donuzun tövlədə təpinməsi kimi təpinər, lakin müsəlmanlara heç bir zərər verə bilməz.

(A9 TV; 6 dekabr 2017)

Hz. Mehdinin zühurundan əvvəl hadisələr daha da böyüyəcək. Biz səbəbə sarılıb əlimizdən gələn səyi göstərəcəyik, lakin hər halda çox böyük hadisələr olacağı aydındır. Sonunda mehdiyyət gün kimi ortaya çıxacaq, Quran əxlaqı hər yerə hakim olacaq. Ədalət, sevgi, dostluq, bacı-qardaşlıq yaşanacaq.

(A9 TV; 6 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)