Təvəkkül olduğu zaman insanın canını yandıran hər şey aradan qalxar. Təvəkkül dünya Cənnətidir. Təvəkkülü tam əldə edən insan fərəhliyi əldə etmiş deməkdir.
(A9 TV; 8 dekabr 2017)
Səmimiyyət olmaması çox pis haldır. Səmimiyyət olmadığı zaman zəncirvari əxlaq pozğunluğu olar. Səmimiyyət çökdüyü zaman hər şey çökər, ağıl, dürüstlük, etibarlı olma aradan qalxar.
(A9 TV; 8 dekabr 2017)
Çantacı Necmi ağabəyə Allah sağlamlıq versin. Çox şirin, çox dəyərli insandır. Allah qəlbinə yaxşılıq, gözəllik versin.
(A9 TV; 8 dekabr 2017)
Biz sonsuz əvvəldə mövcud idik, sonsuz sonrada da mövcuduq. Allah insanı yaratmışdır deyildiyi zaman bəzi insanlar bir müddət keçdi, Allah tək oldu kimi başa düşürlər. Allah heç vaxt tək olmayıb. Allah eşqi mükəmməl yaşayar, Öz təcəllilərində də yaşadar.
(A9 TV; 8 dekabr 2017)
Ənənəçi ortodoks İslam sisteminin yaşanması qeyri-mümkündür. Bəhs etdikləri dini özləri də yaşamırlar. Özləri də bəhs etdikləri sistemi yaşaya bilmədiklərini bilir, özlərini günahkar kimi görüb bunun acizliyini yaşayırlar. Bizim kitablarımızda Quran müsəlmanlığından aydın dəlillərlə, mübahisəyə yer verməyəcək şəkildə, demaqoqluq və boş söz olmadan, səmimi və açıq izahatla bəhs edilir. Buna görə də, bizim kitablarımızın girdiyi yerə Allahın icazəsi ilə dəccaliyyət girə bilmir.
(A9 TV; 8 dekabr 2017)
Münafiqlərin heç sevəni yoxdur. Qotur kaftar kimi qaranlıq guşələrdə təkbaşına yaşayarlar. Allah onları cəmiyyətdən kənarlaşdırmış, hər kəsin nifrət etdiyi, alçaq hesab etdiyi qrup halına gətirmişdir. Münafiqlərin müsəlmanlara uzanan zəhərli dillərinin heç bir zərəri olmaz. Münafiqlər təkcə qəzəblə, nifrətlə özlərini yerdən-yerə ata bilirlər. Kaftar hürər, karvan gedər.
(A9 TV; 8 dekabr 2017)
Münafiqlər müsəlmanların dəyərini artıran məxluqdurlar. Münafiqlərin olmamasını istəmək imtahanın olmamasını istəməkdir. Mömin Cənnət dərəcəsini münafiqlər və küfr əhlinin hücumları ilə qazanar. Taifdə Peyğəmbərimiz (s.ə.v)-i daşlayan cahil alçaq münafiqlər Rəsulullah (s.ə.v)-in Cənnətdəki məqamını ucaltmışdır. Peyğəmbərimiz (s.ə.v) çox soyuqqanlı və təvəkküllüdür maşaAllah, 2,5 km əndişələnmədən yerimişdir.
(A9 TV; 8 dekabr 2017)
Quran sevginin və azadlığın kitabıdır. Allah insanların üzərindəki ağır zəncirlərin aradan qalxması üçün Quranı göndərmişdir. Allah insanların azad yaşamasını istəyər.
(A9 TV; 8 dekabr 2017)
Münafiqlər bir-birilərinin ləyaqətsizliyini, alçaqlığını, əxlaqsızlığını çox yaxşı bilər və bundan bəhs edərlər. Bir-birilərinin ləyaqətsizliyini dəlilləri ilə yazar, sübut edərlər. Bəli, bunun yazdıqları doğrudur, bir də bu var deyə, digəri də bütün təfərrüatlardan bəhs edər. İttifaq etdiyi insanın nə qədər alçaq, ləyaqətsiz, əxlaqsız olduğunu adlar verərək, sənədlər verərək qeyd edib sonra da bir araya gəlmələri çox təəccüblüdür. Müsəlmanlara qarşı həmləyə keçdiklərini zənn edərlər. Halbuki Allah bunları ən başından rəzil etmişdir.
(A9 TV; 8 dekabr 2017)
Ayədə bəzi insanlara münafiqlərin xarici görünüşünün, geyiminin ilk baxışda təsir etdiyinə diqqət çəkilir. “Cüssələri xoşuna gəlsə belə” deyir Allah. Bu, murdarlıq torbasını daşıyan maşına hörmət göstərmək kimidir. Bəlkə də maşın yaxşıdır, lakin içində murdarlıq daşıyır, mikrob, cəsəd, ilan daşıyır. Maşına baxıb aldanmaq olmaz.
(A9 TV; 8 dekabr 2017)





