Səcdədə qürurunu heç yerinə qoyursan. Cənab Allaha əyilirsən. Bunun idmanla əlaqəsi yoxdur, gimnastika ilə də əlaqəsi yoxdur. Orada təvazökarlığını göstərirsən. Allaha təşəkkür etmiş olursan.
(A9 TV; 16 dekabr 2012)
Nümunəvi insan görmək insanlara müsbət təsir edər. Onun üçün Cənab Allah “Səhabələrə uyun” deyir. Ayə var Quranda “peyğəmbər (s.ə.v)-ə və səhabələrə uyun” deyir Allah. Nümunəvi insanlara uyun.
(A9 TV; 16 dekabr 2012)
Hz. İsa Məsih gələndə Qurana uyğun gəlib xristian aləmini də nümunəvi insan olaraq İslama dəvət edəcək.
(A9 TV; 16 dekabr 2012)
Cənab Allah “Mənim adımı xatırlayın. Ondan sonra da oturun” demir ki. İslam Birliyini bizə fərz etmişdir. İslam Birliyi olduğunda bütün narahatlıqlar, qarışıqlıqlar, bir-birini bəyənməzliklər hamısı ortadan qalxar. Çünki ən ağıllı, ən doğru sistem qurulmuş olacaq.
(A9 TV; 16 dekabr 2012)
Hz. Mehdi (ə.s) dövründə bütün dünya İslama qaçacaq. Xristianlar, yəhudilər də onun ədalətindən məmnun olacaqlar. Bütün insanlar azad şəkildə dinlərini yaşayacaqlar, hüzur və bərəkət gələcək, döyüşlər dayanacaq, silahlar qalxacaq, qan axmayacaq, terror, anarxiya olmayacaq. Bir rahatlıq, gözəllik, sevinc bütün dünyanı əhatə edəcək. Sevgi dünyanın hər tərəfini əhatə edəcək. Sevgisiz heç bir yer qalmayacaq.
(A9 TV; 15 dekabr 2012)
SEVGİNİ HEÇ BİR ŞƏKİLDƏ TƏRK ETMƏMƏK CƏNNƏT XÜSUSİYYƏTİDİR. Çünki cənnətdə sevgi heç tərk edilmir. Cənnətdə sonsuza qədər sevgi tərk edilməz. Ən böyük nemətdir. Ən böyük gözəllikdir. Yoxsa cənnətin bir mənası olmaz sevgi olmazsa. Allahı sevdiyimiz üçün cənnətdə hər şeyi sevərik.
(A9 TV; 15 dekabr 2012)
Sevgini ön plana çıxartmaq lazımdır. Bütün camaatı sevmək, qardaşlarımızı sevmək… Sevgisizə yenə sevgi ilə cavab vermək. Yenə sevgisizsə, yenə sevgi ilə cavab vermək. Yenə sevgisizsə, yenə sevgiylə cavab vermək.
(A9 TV; 15 dekabr 2012)
Din metafizikdir. Mələklərlə biz iç-içə yaşayırıq. İndi mələklər buradadır. İki tərəfimizdə də mələklər var. Burada cinlər var indi. Dünya metafizikdir.
(A9 TV; 15 dekabr 2012)
Müsəlman metafizik tərəfi ağırlıq təşkil edən varlıqdır. Metafizika ilə əlaqəlidir. Mələklərə inanar, cinlərə inanar, Mehdi (ə.s)-ın gələcəyinə inanar, dəccalın çıxacağına inanar, duxanın (dumanın) zühuruna inanar, dabbətül-ərzin çıxacağına inanar, yəcüc və məcücün zühur edəcəyinə inanar.
(A9 TV; 15 dekabr 2012)
Kürd qardaşlarımız cavandır, igiddir, candır. Şərəflərinə, qürurlarına çox bağlıdırlar, dürüstdürlər. Qürurludurlar, gözəldir qürurları, tamahkar deyildirlər. Zadəgan və soyludurlar, sevgi doludurlar və çox hörmətlidirlər, kürd qardaşlarımız. Çox dindardırlar. Allahdan çox qorxarlar. Tərtəmiz insanlardır. Bütün Anadolunun insanları kimi onlar da qeyri-adi üstün gözəl xüsusiyyətlərə sahibdirlər, inşaAllah.
(A9 TV; 15 dekabr 2012)





