İrandakı kürd qardaşlarımızı da, İraqdakıları da, Suriyadakıları da, Türkiyədəkiləri də İslam Birliyinin isti bağrında ən xoşbəxt şəkildə yaşadacağıq inşaAllah.
(A9 TV; 19 dekabr 2012)
Dəccal ordularını məğlub edəcək gücü Cənab Allah türk əsgərinə, polisimizə nəsib edəcək. Çünki axır zamandayıq, Mehdiyyət dövründəyik. Onlar Allah tərəfdarı və hz. Mehdi (ə.s)-ın ordusudur. Allah tərəfdarları məğlub olmaz.
(A9 TV; 17 dekabr 2012)
Elmi-qaribi bilməyən cahil, məlumatsız və biliksizlər özlərinə görə hz. Mehdi (ə.s)-a mövqe götürəcəklər. Bir zaman keçdikdən sonra o pərdə qalxınca, hz. Mehdi (ə.s) elmin hikmətlərini açıqladığında cahiliyyə əhlinin ağzı açıq qalacaq. Bu elmi qaribə, yəni ledün elminə dəccalın söykənməsi mümkün deyil.
(A9 TV; 17 dekabr 2012)
Ledün elminə dəccal çarə tapa bilməz. Yəni ledün elmi onu suyun duzu əritməsi kimi əridər. Çünki dəccal zahiri elmlə mübarizə edər. Batın elmi ilə mübarizə edə bilməz. Batın elmi hz. Mehdi (ə.s)-dadır. Onun zahir elmini hz. Mehdi (ə.s)-ın batın elmi yox edər. Onun üçün hz. Mehdi (ə.s) dəccalın bütün qapılarını, bütün pəncərələrini açar, onun gizli qalalarına girər. Ən girilməz zənn edilən barmaqlıqlarına hz. Mehdi (ə.s) girər.
(A9 TV; 17 dekabr 2012)
Ledün elmi olmadan axır zamanda mübarizə edilməsi, dəccalın məğlub edilməsi mümkün deyil. Mütləq bu qeyb elminin, bu ledün elminin tətbiq olunması lazımdır.
(A9 TV; 17 dekabr 2012)
HZ. MEHDİ (Ə.S) LEDÜN ELMİNİN AXIR ZAMANDAKI SULTANIDIR. Elmi-ledün ilə hz. Mehdi (ə.s) müvəffəqiyyətli olacaq.
(A9 TV; 17 dekabr 2012)
Axır zamanda gələcək hz. Mehdi (ə.s) heç kimin o dövrdə etmədiyi ledün elmini tətbiq edəcək. Ona görə bir çox adam hz. Mehdi (ə.s)-a müxalif olacaq. Bir çox adam “Hərəkətləri İslama ziddir” deyəcək, eyni Xızır (ə.s)-a hz. Musa (ə.s)-ın qarşı gəlməsi kimi bilmədən qarşı gələcəkdirlər.
(A9 TV; 17 dekabr 2012)
Allaha səmimi iman edən bir mömin cəhənnəmə getməz. Cəhənnəmi seyr edər, görər, hiss edər, xəbərlərini alar, amma cəhənnəmə getməz. Ərazisinə gedər, görər amma acı çəkməz.
(A9 TV; 17 dekabr 2012)
Allah heç kimə zülm etməz. Möminlər heç bir şəkildə cəhənnəmə getməz. Amma mömin cəhənnəmdən qorxacaq, cəhənnəm əzabından çəkinəcək. Amma təkrar deyirəm: bir mömin əsla və qətiliklə cəhənnəmə getməz.
(A9 TV; 17 dekabr 2012)
Xitablar gözəl olsun. Qardaşlarımız jarqon danışmasınlar. Danışarkən yersiz sözlər işlətməsinlər. Gözəl sözlər desinlər. Xüsusilə xanımlara xitablarda jarqon qəti şəkildə olmaz. Çox çirkin olar, ədəb-ərkana yaraşmaz. Xanımlara sözün ən gözəli ilə xitab edilər.
(A9 TV; 17 dekabr 2012)





