Qiyamət çox sürətli inkişaf edən bir vəziyyətdir. Çünki dünya ilə bir toqquşma olacaq. Çox böyük bir meteorit dünyanı deşib keçəcək. Ayədə deyir: “İlk toqquşmanı ikinci toqquşma izləyər”. Aydın olur ki, o toqquşan obyekt dünyanı deşib keçəcək, fırlanacaq, bir daha vuracaq. Bunun nəticəsində Dünya əks istiqamətdə dəyişəcək. Tərsinə fırlanmağa başlayacaq. Amma bu saatlar içərisində bitəcək bir hadisə. Ən çox saat davam edər. Çox sürətli qiyamət qopacaq.

(A9 TV; 14 dekabr 2012)

Şeytan deyilən bir mənfi güc var, amma təsiri zəifdir. Əsas olan, biz əgər vicdanımızı istifadə etsək, ağlımızı istifadə etsək Allah bizə, dayanmadan vicdanımıza vəhy edər. Məsələn, biz bir şey edərkən, əgər o səhvdirsə bizə məlumat olaraq gəlir o. İlham edilər. Ürəyimizə ilham olar. O məlumata müqavimət göstərsək vicdansızlıq etmiş olarıq. Əgər müqavimət göstərmiyib tətbiq etsək, vicdanımıza uymuş olarıq.

(A9 TV; 14 dekabr 2012)

Fateh Sultan Mehmed Mehdi (ə.s)-a zəmin hazırlamaq üçün İstanbulu fəth etdi, Allah rizası üçün. Üləma, övliya Mehdi (ə.s)-ın İstanbuldan çıxacağını bilirdi. Mehdi (ə.s)-ın rahat şəkildə İstanbulda fəaliyyət etməsi üçün ən çətin şərtlərdə əcdadımız İstanbulu fəth etmişdir.

(A9 TV; 14 dekabr 2012)

Müqəddəs sandığı Mehdi (ə.s) tapacaq. Gətirib hz. Süleyman (ə.s)-ın məscidinin qarşısına qoyan da yenə Mehdi (ə.s)-dır. Müqəddəs əmanətlər Mehdi (ə.s)-a təslim ediləcək. Quran Mehdi (ə.s)-a işarə edir.

(A9 TV; 14 dekabr 2012)

İslam Birliyini Avropa istəyir, Amerika da istəyir, amma idarənin Mehdi (ə.s)-ın əlinə keçməsini istəyir. Əgər şəfqət, sevgi, sülh, qardaşlıq, nəzakət, elm, sənət, estetika, demokratiya hakim olsa, Avropaya, Birləşmiş Millətlərə belə bir zəmanət verilmiş olsa İslam Birliyini dərhal qurdurarlar.

(A9 TV; 13 dekabr 2012)

Dünyada Mehdiyyəti bizim qədər çox izah edən, bu qədər məşhur edən bizdən başqa heç kim yoxdur. Belə ağıllı, dəlillərə əsaslanan, qənaətbəxş dəlillərlə məqbul izah edən başqa heç kim yoxdur. Dəccaliyətə də bizim qədər diqqət çəkən kimsə yoxdur. Axırzaman əlamətlərini bizim qədər çox vurğulayan heç kim yoxdur. Dünyada təkik. 1300 ildən bəri də belə bir hadisə yoxdur. İslam tarixində də belə bir hadisə yoxdur.

(A9 TV; 13 dekabr 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)