Dua hər gün olacaq. Cənab Allaha dua etmək çox zövqlüdür. Sevinc verər, rahatlıqdır dua. Böyük nemətlərdən biridir.
(A9 TV; 17 dekabr 2012)
Ağıllı bir insanın rəhbəri Qurandır. Qurandan çıxsan ağlın da gedər, Allah əsirgəsin. QURANLA HƏRƏKƏT ETSƏ MÜVƏFFƏQİYYƏT QƏTİDİR. Ayədə onu Allah dəfələrlə açıqlayır. Qəti müvəffəqiyyətli olarsınız, deyir Allah. Amma səbirli, əzmli olaraq Qurana tabe olacaq.
(A9 TV; 17 dekabr 2012)
Fanatik düşüncə dindən soyutmaq üçün dini xeyli çətinləşdirir. Çox hiyləgərcəsinə şeytanın bir oyunudur. Çox asan olduğu halda dini çətinləşdirəndə adamlar dinin yaşana bilməyəcəyini düşünür və imtina edirlər. Halbuki, din çox asandır.
(A9 TV; 17 dekabr 2012)
Din rahatlıq, sevgi, gözəllik, sülh, yaxşılıq, bağışlamaq, demokratiya, fikir azadlığı, sənətin, elmin ən inkişaf etmiş ən gözəl istiqamətlərinin nümayiş olunduğu möhtəşəm bir quruluşdur. Qarışıq hala gətirirlər dini. İnsanları dindən lazımsız yerə soyudurlar. Dəccala xidmət elə olur.
(A9 TV; 17 dekabr 2012)
Quran çox sadə bir kitabdır. Allahın hökmləri çox sadədir, xeyli asandır. Həyatı çətinləşdirmək din deyil. Yəni murdar paltarlar, yeməklər, mühit, murdar görünüşlü qadınlar, murdar görünüşlü kişilər, qəmgin mühit, musiqi yox, şəkil yox, sənət yox, elm yox, estetika yox, çirkin bir quruluş, dayanmadan ağızlarında təhqir, böhtan, hamıya qarşı nifrət var. Belə din olmaz. Bunun dinlə əlaqəsi yoxdur.
(A9 TV; 17 dekabr 2012)
Namazı 5 vaxtda qılın. Qıla bilmirsinizsə 4, qıla bilmirsinizsə 3, qıla bilmirsənsə 2 (bir səhər bir axşam), qıla bilmirsənsə 1 (sadəcə səhərlər və yaxud axşam), o da olmursa cümə namazlarını, o da yoxsa bayram namazını qılın. Namazsız qardaşımız qalmasın, mütləq qılın, inşaAllah.
(A9 TV; 16 dekabr 2012)
Namaz şərtdir, müsəlmanın ayrılmaz parçası namazdır. Namaz müsəlmandan qopa bilməz. Müsəlmanla namaz bitişikdir, birlikdə nəfəs alıb vermək kimi, ürək döyüntüsü kimidir. Allaha təşəkkür etmədən yaşanarmı? Allaha sevginin ifadəsi, təşəkkürün ifadəsidir.
(A9 TV; 16 dekabr 2012)
İnsan gözəllik üçün darıxar. Təşəkkür, sevgi üçün darıxar. Məhəbbət üçün darıxar. Nə gözəl Allaha hər gün təşəkkür etmək! Namaz çox böyük bir nemətdir. Namaz gözəllikdir. Namaz rahatlıqdır. Namaz Allaha təşəkkürdür, sevgi nümayişidir.
(A9 TV; 16 dekabr 2012)
Allah sənə nemət verməkdən bezməz. Sən də Allaha təşəkkür etməkdən bezməyəcəksən. Allah səni sevməkdən bezməz, sən də Allahı sevməkdən bezməyəcəksən. Bir nemətdir. Nə gözəl. Sevgilidən bezilərmi?
(A9 TV; 16 dekabr 2012)
Allahın nemətlərini hər gün görürsən. Hər gün Allahı zikr etmək, hər gün Allaha təşəkkür etmək ürəyi rahatlaşdırar. O bir sevgi nümayişidir. Təşəkkür etdikcə sən rahatlayarsan.
(A9 TV; 16 dekabr 2012)





