Allah ordumuzu müyəssər etsin. Allah aslanlarımızı namərd güllələrdən qorusun. Mələklər, onlarla birlikdə, dəccaliyyətin 40 ili doldu, dəccaliyyətin kökünü qurutsunlar inşaAllah. Türkiyədə və Türkiyənin sərhədlərində cinayət işləyən, terrorist heç bir quruluşu istəmirik.

(A9 TV; 9 iyun 2018)

İnsanlar mənəvi olaraq öldürülür, müsəlman “mənə nə” deyə bilməz. İran, Səudiyyə Ərəbistanı kimi ölkələr də daxil olmaqla hər yerdə məktəblərdə gənclərə “Allah yoxdur” təhsili verilərkən, deizm, ateizm dayanmadan yayılarkən müsəlman “mənə nə” deyə bilməz. Suriyada, İraqda, Liviyada müsəlman qanı axarkən müsəlman “mənə nə” deyə bilməz. Bu qədər fəlakət varkən, öz işini, evliliyini, həyatını düşünən, həccə getməyi yetərli görən zehniyyət əsla qəbul edilə bilməz.

(A9 TV; 8 iyun 2018)

Sevginin insana həddindən çox müsbət təsiri olar. Sevgi insanı dincləşdirər, canlandırar. Sevgini bilən insanın ağlı rahatlayar, yaddaşı güclənər, danışığı axıcı hal alar.

(A9 TV; 8 iyun 2018)

Mübahisə, qarşıdurma mədəniyyəti insanın şüurunu bir müddət sonra bağlayar. İnsan ruhunun rahatlamağa, incəsənətə, gözəlliyə, nəşəyə, sevincə ehtiyacı vardır. Gərginliyi azaldan, sevgini təşviq edən sözlər əhəmiyyətlidir. İnsanlar ən çox Allahın sənətini görməkdən zövq alarlar, iman həqiqətlərindən, Allahı sevməkdən güc taparlar. Hər gün yeni düşmənlər icad etmək şüuru dondurur. Bizim yeni düşmənlərə deyil, dostluğa, qardaşlığa ehtiyacımız vardır.

(A9 TV; 8 iyun 2018)

Şirk insana çox yaxın olduğu üçün çox diqqətli olmaq lazımdır. Allahın gücünü başqasına vermək, məsələn dərmanın şəfa verəcəyini düşünmək şirkdir. Bir hadisənin, bir sözün Allahın idarəsi xaricində reallaşdığını düşünmək şirk olar. Biri pis söz eşidəndə Allahdan kənar olduğunu zənn edərsə bu şirk olar. Hər şey amma hər şey Allahın idarəsində olar, Allahın bilmədiyi heç nə olmaz. Mömin bunu əsla unutmayacaqdır.

(A9 TV; 6 iyun 2018)

Mükəmməl təvəkkül tam mənasıyla cənnət olar. Təvəkküllü insan sinirləri olmayan ət olar, tamamilə hüzurlu olar, dünyada cənnəti yaşayar. Allah ayədə, “Allah insanlara zülm etməz, insanlar özlərinə zülm edər” deyə bildirir. İnsanlar özlərinə əziyyət verərək yaşayarlar.

(A9 TV; 6 iyun 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)