Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) barədəki hədisində belə bildirir: “İnsanlar haqqa dönənə qədər mübarizəsinə davam edəcək”. Yəni vaz keçmək yoxdur. Əhatəsi nə qədərdir? Bütün insanlıq haqqa dönənə qədər, Mehdi (ə.s)-ın əzmi budur. Bütün insanlıq: Şimal qütbü, Afrika və s. Haqq İslamdır.

(A9 TV; 24 Mart 2013)

Peyğəmbərimiz (s.ə.v) bildirir ki, Mehdi (ə.s)-a qarşı, Mehdi (ə.s)-ın çıxışına maneə yaratmaq üçün yetmiş min müsəlman alim mübarizə aparar, amma daha sürətlə, güclü şəkildə inkişaf edər. O yetmiş min adam katalizatordur, daha da sürətləndirir. Elə fikirləşirlər ki, dayandıra bilərlər amma daha da sürətlənər.

(A9 TV; 24 Mart 2013)

Türkiyə böyük gücdür deyiləndə əsgəri, tankları, topları olan, hərbi güc mənasında başa düşürlər. Əslində isə sevgi, mehdiyyət böyük gücüdür. İsa Məsihdən qaynaqlanan, Allaha əsaslanan mükəmməl bir gücdür. Sevgi və məhəbbət, mərhəmət, şəfqət və qulluqdan qaynaqlanır. Yoxsa qoçuluq, böyüklük, böyük qardaşlıq, sıraya gətirmək ruhu deyil.

(A9 TV; 25 Mart 2013)

Əsas məsələ iman məsələsidir. Bir insanın imanı güclüdürsə, mükəmməl olar. İmanı zəif olsa bir çox şeyə gücü çatmaz. Buna görə, imanı zəif bir insana təsəvvüflə yaxınlaşsan bir nəticə əldə edə bilməzsən. Quran möcüzələri ilə, iman həqiqətləri ilə imanını gücləndirib, sonra nə izah edirsənsə et.

(A9 TV; 25 Mart 2013)

Türkiyə Allah üçün, Allah rizası üçün bölgənin xidmətçisidir. Biz bütün ölkələri, bütün dövlətləri hörmətlə başımızın tacı edirik. Hamısına ayrı-ayrılıqda çox dəyər veririk. Xalqlarını çox sevirik, hörmət edirik. Xidmət etmək iddiası ilə meydana çıxırıq. Bizim ünvanımız xidmət etməkdir. Xidmətçi olmaq kifayətdir.

(A9 TV; 25 Mart 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)