İnsanlar üzərində elmi izahatlar, Quran möcüzələri və iman həqiqətlərinin izahatı təsirli olar. Klassik üslublu izahatlar təsirli olmaz. Çünki ağılın ürəyi təsdiq etməsi lazımdır. Ağıl istifadə edilməsə iman zəif olar.
(A9 TV; 26 Mart 2013)
Müxalif şərhlər zənginlik, güc, ayıq-sayıqlıq yaradar. Millətimizə də güvənc gətirər. Zərərli deyil, faydalıdır.
(A9 TV; 22 Mart 2013)
Mehdiyyət nurlu iki qolu ilə bütün dünyanı qucaqladı. Bunun daxilində hər şey öz yoluna düşür. Cənab Allah Mehdi (ə.s)-ı, İsa Məsihi vəsilə edir.
(A9 TV; 22 Mart 2013)
Təvazökarlığı qəbul etməsən, lovğalansan, təkəbbürlü olsan Allah bəla verər. Allah göstərməsin. Amma məzlum, təvazökar olsan bərəkət, hüzur, dinclik gəlir. Daxilin, xaricin, hər yerin nur olar. İşlərin rahatlıqla gedər. Əks təqdirdə Allah hər yerindən, hər şeydən çətinliyə salar. Bərəkət, hüzur, dinclik, ağıl, fikir, nur qalmaz. Allah əsirgəsin. Allah üzərinizdən nurunu qaldırar.
(A9 TV; 22 Mart 2013)
Sanki şahmış kimi müsəlman digər müsəlmana qarşı davrana bilməz. Müsəlman acizliyini, ehtiyacını bilməlidir. “Allahın yazıq, məzlum bir quluyam” deyəcək. Əks halda onda bir fitnə, bərəkətsizlik olar.
(A9 TV; 22 Mart 2013)
Şöhrət ehtirası müsəlmana yaraşmaz. Nəfsin tərbiyə edilməsi üçün daim insan nəfsini acizlik içində görməlidir. Allaha təslim olacaq, qardaşlarını çox sevəcək, məhəbbətlə baxacaq. Onların xidmətçisi olmağın həyəcanını yaşayacaq.
(A9 TV; 22 Mart 2013)
Müsəlman torpaq, ən təvazökar olacaq. Baş deyil, həmişə ayaq olmağa çalışacaq. Baş olmaq ehtirası qeyri-normal bir hərəkətdir. Eqoist bir ehtirasdır. Gözəl deyil. Müsəlmanın təqvalısı, yaxşı olanı həmişə ayaq olmaq, xidmətçi, torpaq olmaq istəyəndir. Onlar məqbuldur.
(A9 TV; 22 Mart 2013)
Türkiyədə Darvinizm-materializm fikirlə yıxıldığı üçün büt yoxdur. Bütləri elmlə, sevgi ilə qırdıq. Necə Kəbənin içindəki bütləri rəsulullah (s.ə.v), hz. İbrahim (ə.s), hz. Musa (ə.s) qırdı, biz də fikirlə Türkiyədəki darvinizm bütünü qırdıq. Millətimiz bir rahatlıq, hüzur, dinclik dövrünə girdi.
(A9 TV; 22 Mart 2013)
Amerikaya sahib çıxmaq çox ağıllı hərəkət olar, fikrimcə. Heç bir ölkənin yıxılmasını istəmək doğru deyil. Sahib çıxıb, düzəlməsini diləmək lazımdır. Məsələn, onlar böyük çinardırlar, suyunu verək, günəş şüasını təmin edək. Yarpaqları ilə böyüsün, dünya gözəl olsun. Onlar dünyanın bəzəyidir. Niyə o bəzəyi dünyadan götürək? Bu hər kəsin vicdan borcu olmalıdır.
(A9 TV; 21 Mart 2013)
Yüksəkdən baxmaq çox alçaq bir hərəkətdir. Niyə yüksəkdən baxırsan? Ayaq ol, torpaq ol, təvazökar ol. Torpaq olanı da başımızın tacı edərik.
(A9 TV; 21 Mart 2013)





