İdealist və Alpərən ocaqlarının varlığı əhəmiyyətlidir. MHP, BBP və Səadət Partiyasının varlığı lazımlı olan partiyalardır. Partiya olmaqdan başqa bunlar bir fikir ocağıdır, əxlaq məktəbidir. Nə MHP-də, nə BBP-də, nə də Səadət Partiyasında iqtidar ehtirası, siyasət ehtirası yoxdur, bu partiyaların iddia ehtirasları vardır.

(A9 TV; 26 Mart 2013)

Yunanıstanla Türkiyə birləşsin, iki dövlət bir millət kimi olaq. Sərhədləri açaq, dərhal birləşək. Onlar bizim qardaşlarımızdır, gözəl insanlardır. Birlikdə əylənək, xoşbəxt olaq. Çox gözəl olar.

(A9 TV; 26 Mart 2013)

İsraili üzr istədiyi üçün günahkar çıxarmaq səhv olardı. Üzr istəyənin üzrü qəbul edilib, ona nəzakət göstərilər. Amma “necə də üzr istətdik ” kimi ifadələr alçaq hərəkətdir, çirkinlikdir. Türk millətinin alicənablığı vardır, buna yaraşan şəkildə hərəkət edilər. Üzr istəyənin qüruru alçaldılmaz.

(A9 TV; 26 Mart 2013)

Türkiyə olaraq bir böyüklük iddiamız yoxdur. Böyük olan Allahdır. “Türkiyə böyük qardaş”dır. Belə deyil. Türkiyə Allah rizası üçün xidmət etməyə, xidmətçiliyə namizəddir.

(A9 TV; 26 Mart 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)