“Məhv olsun PKK” deməklə bir nəticə əldə etmək olmaz. PKK-ın düşüncəsinin dəyişdirilməsi lazımdır.
(A9 TV; 29 Mart 2013)
Yalnız müqavimət göstərən deyil, fəal hərəkət müvəffəqiyyətli olar. PKK-nın fəal bir fəaliyyəti var. Bunun qarşılığı olaraq bizim gəncliyimizin də mütləq İslam Birliyi idealı olmalıdır.
(A9 TV; 29 Mart 2013)
İnsanlarda ağılasığmaz xurafatlara inanmaq meyli var. Bu çox təəccüblüdür. Bir qismi də əslində inanmadığı halda, təkidlə özünü inanırmış kimi göstərir.
(A9 TV; 29 Mart 2013)
İsa Məsih çox ağıllıdır. Mənim qənaətim belədir ki, hal-hazırda türkcə daxil olmaqla yeddi xarici dil bilir. Daha əvvəl demişdiniz, deyə bilərsiniz. Quranı, Tövratı, İncili su kimi əzbərdən bilər, amma Qurana tabe olacaq. Bir müddət sonra dediyimin doğru olduğunu görəcəksiniz, inşaAllah.
(A9 TV; 23 Mart 2013)
Hal-hazırda Amerikan xarici siyasəti məsihiyyətə görə planlıdır. Hal-hazırda dünya siyasəti Məsihə görə istiqamətlənir.
(A9 TV; 23 Mart 2013)
Hal-hazırda orta şərqə əzab verən Məsih inancıdır. İraqla edilən döyüşün mənşəyində, Əfqanıstanın işğalında Məsih inancı vardır. Suriyanın hal-hazırkı mövqeyi Məsih inancından qaynaqlanır. İsraildə Məsih inancı əsas inancdır. Yəni Şiloh-Mehdi inancı var. İslamda da Şiloh Mehdi dörd məzhəbdə haqq olan bir inancdır. Şiəlikdə etiqad məsələsidir.
(A9 TV; 23 Mart 2013)
Din çox sadədir. Gözəl əxlaqlı, mehriban, səmimi olacaqsan. Onsuz da halallar bəllidir. Halallar sonsuzdur. Haram olanlar isə çox azdır. Onlar da Quranda ifadə edilmişdir. Onlara diqqət yetirəcəyik, vəssalam. Yaxşı insan olacaq, mehriban, Allaha təslim, Allahı çox sevən olacaqsınız. Başın qarışıq olmayacaq, dürüst olacaqsan.
(A9 TV; 16 Mart 2013)
Din çox kompleks bir şey deyil. Din çox sadədir. Yəni aylarla, illərcə oxuyub öyrənəcək, təhsillə qavrayacağımız bir şey kimi deyil. İslam iki-üç saat ərzində də insanın rahat şəkildə anlayacağı kimidir.
(A9 TV; 16 Mart 2013)
Çoxluqla öyünməyi Allah bəyənmir. Bəzi xurafatçılar “Bizim sayımız çoxdur” deyir, onunla öyünür. Halbuki, bu bərəkətsizdir. Çoxluq əhəmiyyətli deyil. Allahın razılığı, keyfiyyət əhəmiyyətlidir.
(A9 TV; 16 Mart 2013)
Sənə aid olan mal yoxdur. Sən gözətçisən. Bütün bunlar Allahın malı-mülküdür. Mal Allahındır, insana aid mal yoxdur.
(A9 TV; 16 Mart 2013)





