Nə kommunist gənclər, nə klassik ənənəvi İslam anlayışını müdafiə edən gənclər heç cür məqsədlərinə çata bilməzlər. Kommunist gənclər xoşbəxt olmaq istəyirlərsə mehdiyyətin daxilində xoşbəxt ola bilərlər. Mühafizəkarlar, mühafizəkar qruplar da mütləq mehdiyyət daxilində xoşbəxt olarlar. Çünki birində olan digərində yoxdur, digərində olan o birisində yoxdur. Halbuki, mehdiyyətdə hər ikisində olan üstün xüsusiyyətlər var.
(A9 TV; 30 İyun 2013)
Şiə, kürd, türk, çərkəz― bunlar süni olaraq yaradılır. Biz millət olaraq bir-birimizin eynisiyik. Fərqli, orijinal istiqaməti yoxdur. Əriyən kimi onsuz da bir yerdə qardaşıq. Elə bir fərqimiz, diqqətə çarpan bir tərəfimiz yoxdur.
(A9 TV; 30 İyun 2013)
Ələvilik üstündür, sevgi, sülh, qardaşlıq, yaxşılıq, gözəllik, estetikadır. Ələvilik Anadolu insanının kəramətini, arif şəxsiyyətini, dərin ruhunu ifadə edən ruh halıdır.
(A9 TV; 30 İyun 2013)
Müasirliyin mənşəyi səmimiyyətdir, səmimi olan insan müasir olar.
(A9 TV; 5 İyul 2013)
Zərbələr tarixin yaddaşında qalan çirkinliklərdir.
(A9 TV; 5 İyul 2013)
Demokratiya bitən kimi arxasınca vəhşilik gəlir.
(A9 TV; 5 İyul 2013)
Qatı dinçiliyin nə olduğunu hər kəs əzbər bilir. Qatı dinçiliyin fikirləri dünyanın heç bir yerində qəbul etmirlər.
(A9 TV; 5 İyul 2013)
Mühafizəkar ənənəvi sistem kütlə psixologiyası ilə özünü boğan xərçəngləşmiş bir quruluşdur. Kütlə olaraq öz-özünü öldürər və öz-özünü xəstə edər.
(A9 TV; 5 İyul 2013)
İnsan ağır təzyiqə tab gətirə bilməz. Din, təzyiqi və qadağanları aradan qaldırar.
(A9 TV; 5 İyul 2013)
İnsanlar Allah sevgisi ilə, Allah qorxusu ilə, imanla xoşbəxt olarlar.
(A9 TV; 5 İyul 2013)





