Çində, dünyanın ən uzaq yerində belə olsa müsəlmanlar tək bir ailədir. Hamısıyla maraqlanmalısan, hamısı üçün məsuliyyət daşıyırsan. Allah ayədə deyir ki, müsəlmanlardan tək bir adama zülm edildiyində bütün müsəlmanlar birləşib onu qurtararlar. Bu, Allahın hökmüdür.
(A9 TV; 17 İyul 2013)
Şübhə ola bilər, müsəlmanların əksəriyyətində şübhə olar. Şübhə insanı dindən çıxarmaz. Məhz şübhəyə qarşı müqavimət göstərdiyi üçün ona iman əhli deyilir. Mübarizə aparır, mömin onu ağlı ilə rədd edər, göndərər, qəbul etməz. Buna görə də ona iman əhli deyilir. Yəni şübhəyə qarşı― şeytanın və nəfsinin şübhələrinə qarşı müqavimət göstərən insana müsəlman deyilir.
(A9 TV; 17 İyul 2013)
Bir insan küfr içindədirsə , etdiyi hər şey onun üçün şərdir. Yemək yeyər şər olar, küçəyə çıxar şər olar, nə edirsə etsin şər olar. Onun üçün xeyir yoxdur. Əgər bir insan səmimi, mömin, təmizdirsə onun elədiyi hər şeydə xeyir vardır.
(A9 TV; 17 İyul 2013)
Misirdəki fəlakətin mənşəyi 1001 kitabın 1000-cisidir. Bir kitaba riayət etsələr, bəla gəlməz. 1001 kitaba əməl etmək istədikləri üçün bu bəlalar baş verir. Məsələn, yəhudi nifrətinin mənşəyində də, xristian nifrətinin mənşəyində də o var.
(A9 TV; 17 İyul 2013)
Sevgi və şəfqət türk ordusunun əsas xüsusiyyətidir. Onun üçün bütün dünya orduları türk ordusuna heyrandır, mehribanlığına, mərhəmətinə, ədalətinə, etibarlı olmasına, möhtərəmliyinə heyrandır.
(A9 TV; 17 İyul 2013)
Quran əxlaqını mənimsəyən, Allahı sevən, Allahın ən mükəmməl təcəllisi olan, qadınları da çox sevər. Amma qadın, ruhu ilə gözəl olar. Ruh və bədəndir. Qadın həm cismani, həm ruhani mükəmməl bir varlıqdır.
(A9 TV; 15 İyul 2013)
Şiələr canımızdır, çox dindardırlar. Sevgiyə və sənətə də ruhları çox yaxındır. Sənətə və sevgiyə ruhu açıq insanın Allaha nə qədər coşğulu sevgisi olacağını da düşünün. Allahı coşğu ilə sevdikləri üçün sənətə olan sevgiləri olur. Onlar Peyğəmbər (s.ə.v)-ə aşiqdir, hz. Əli (r.ə)-ə aşiqdirlər. Şiələr Türkiyənin, dünyanın bəzəyidir, nurudurlar.
(A9 TV; 15 İyul 2013)
Qadındakı sənəti, Allahın gözəlliyinin təcəllisini görə bilməyən insan sənətdən uzaqlaşıb, sənət gücünü itirmişdir. Yəni o, hansı gözəlliyi görə bilər? Çiçəyin gözəlliyini, mənzərənin gözəlliyini necə görsün? Biri qadının gözəlliyini görə bilmirsə, demək ki, onda heç bir şey yoxdur.
(A9 TV; 15 İyul 2013)
Qadınsız dünya, cənnət olmaz. Dünya qadınla gözəldir. Cənnət də qadınla gözəldir. Dünyadakı ən gözəl varlıq qadındır. Cənnətdəki ən böyük gözəllik, yəni Allahın varlığının xaricində, Allahın təcəllisi olaraq ən gözəli yenə qadındır, inşaAllah.
(A9 TV; 15 İyul 2013)
Mənim ilk hədəflərimdən biri birlik və bərabərlikdir. Mənim qədər digər məzhəbləri, digər dinləri bu qədər çox sevən insan varmı? Yəhudilərə bu qədər çox sevgi göstərən, xristianlara bu qədər çox sevgi göstərən, şiələri, ələviləri, vəhhabiləri başının tacı edən başqa biri varmı?
(A9 TV; 15 İyul 2013)





