Hər şeyin ən gözəli, ən şirini, ən müsbəti, doğru olanı― din budur. Hər şeyin ən yaxşısı nədirsə din odur. Gözəl söz, paltar, danışmaq, gözəl yeməklər, evlər, küçələr, çiçəklər, gözəl xanımlar… Hər şeyin gözəlidir, maşaAllah.
(A9 TV; 23 İyul 2013)
Bir millət torpağını verdisə şərəfini, namusunu hər şeyini vermiş sayılır.
(A9 TV; 22 İyul 2013)
Hal-hazırki məqbul müsəlman üzünün əsas səbəbi Bədiüzzamandır. Müasir İslam, səhabə İslam anlayışının ilk təməlinin zəminini o hazırlamışdır.
(A9 TV; 22 İyul 2013)
Bədiüzzaman Səid Nursi çox gözəl alimdir. Yəni son 1000 ilin ən böyük alimidir. Türkiyədə belə bir hüzur varsa, İslam aləmində belə ağıllı İslam anlayışı varsa, anarxiyaya, terrora qarşı olan müsəlmanlar varsa, bu Bədiüzzaman sayəsindədir.
(A9 TV; 22 İyul 2013)
Yaşamaq onsuz da Allah tərəfindən çətin yaradılmışdır, bir də sən ifratçılığı əlavə etsən insanları dəli edərsən. İnsanın ifratçılığı daşımağa gücü çatmır.
(A9 TV; 22 İyul 2013)
Amerikanı, Rusiyanı fərqli bir güc zənn edirlər. Bütün güc Allahındır. Atoma, elektrona hər şeyə hakim olan Allahdır. Sonsuzluğa hakim olan da Allahdır.
(A9 TV; 20 İyul 2013)
Daim şükür etmək lazımdır. Həmd etməyi çox unudurlar. Dayanmadan həmd etmək lazımdır. Əlhəmdülillah.
(A9 TV; 20 İyul 2013)
PKK, küfr mütləq məğlub olur. Dünyada, diqqət yetirsək, küfr heç vaxt qalib olaraq davam etməyib. Küfr mütləq hüsranla bitər.
(A9 TV; 20 İyul 2013)
Qatı dinçilik Allaha qarşı savaşmaqdır. Allahla savaşan itirər.
(A9 TV; 19 İyul 2013)
Müsəlman qardaşlar Allah xatirinə bu qatı dinçilikdən imtina edib Qurana sarılsınlar. Çox rahatlayacaq, məsələ də həll olub bitəcək. Qatı dinçilik hər yerdə əzilir, qatı dinçiliyə Allah rahatlıq verməz. Mümkün deyil.
(A9 TV; 19 İyul 2013)





