Qurana tam əməl etsələr Allah fərahlıq, rahatlıq verəcək. Qurana, Allahın Kitabına heç cür güvənmirlər. Güvənib Qurana əməl etsələr məsələ bitəcək. qatı dinçilikdən, uydurmalardan əl çək.
(A9 TV; 19 İyul 2013)
Cənnətdə musiqi var. Allah bunu ürəyimizə bir məmnuniyyət olaraq verir. Bütün millətimiz əylənər, oynayar, gülər, musiqi dinləyərlər. Qatı dinçiliklərə görə bu doğru deyildir. Musiqi nemətdir, tərtəmiz bir şeydir. Ruhu cilalayan, ürəyi açan möhtəşəm gözəllikdir. Quşlar, şəlalələr belə― hər yerdə musiqi vardır.
(A9 TV; 18 İyul 2013)
Müsəlman sarayı, ehtişamlı yerləri, keyfiyyətli yerləri də görəcək. Sənət də, elm də, estetika da, keyfiyyət də hamısı müsəlmanlarındır və həmişə də, axirətdə də müsəlmanların olacaq.
(A9 TV; 18 İyul 2013)
Axirətdə insan heç nədən bezmir. Elə bir duyğu hissi qəti şəkildə yoxdur. Mömin cənnət nemətini katrilyonlarla görür, yenə bezmir.
(A9 TV; 18 İyul 2013)
İnsanın ruhunda, fitrətində dərəcəsinə görə bezməyə meyl vardır. Amma mömin sevgidən, məhəbbətdən, gözəllikdən bezməz, inşaAllah. Məsələn, boş sözlərdən, boş danışmaqdan, monotonluqdan bezər. Zənginlik axtarar, yəni yenilik, gözəllik istəyər.
(A9 TV; 18 İyul 2013)
Sevgidən, məhəbbətdən, Allah eşqindən bezmək olmaz. Amma bezmək hissi insanın ruhunda var. Mömin imanla bunun öhdəsindən gələ bilər. Buna görə də məsələn, adam arvadından, sevdiyindən bezir, amma mömin imanıyla bezmir. Lakin bezmək hissi insanları küfrdə çox tez bürüyər. İman gücü ilə bezmək hissi əzilər. İmanla mütənasib olaraq əzilər.
(A9 TV; 18 İyul 2013)
Allaha həmd ilə yaxınlaşmaq lazımdır. Həmdi çoxaltmaq lazımdır. Həmd çoxalınca nemət çoxalar. Necə olur? Allah sezdirmədən edir. Həmd etdikcə artırır. Heç bilmədiyin yerlərdən, təxmin etmədiyin yerlərdən artır.
(A9 TV; 18 İyul 2013)
“Əlhəmdülillah” Allahın ən bəyəndiyi zikrlərdəndir. Məsələn, bir nemətə qovuşsan, bir gözəllik görsən, gözəl bir söz eşitsən “əlhəmdülillah” deməlisən.
(A9 TV; 18 İyul 2013)
MHP tək başına həmişə həm PKK təhlükəsinə, həm də kommunist qiyamına qarşı dəfələrlə çox gücə malikdir. Tam əmin olaraq deyirəm, MHP PKK qiyamına və kommunist qiyama gücü çatacaq mövqedədir. Hər yerdə: havada da, quruda da, dənizdə də güclüdür.
(A9 TV; 17 İyul 2013)
Vətən torpaqlarının qorunması namus məsələsidir. Bir insan öz vətən torpaqlarını təslim edirsə şərəfini, namusunu, hər şeyini itirmiş sayılır.
(A9 TV; 17 İyul 2013)





