Qadın sevgisi yoxdursa sənət də yoxdur. Yəni qadın sevgisi sənət ruhunun əsasıdır. Çox vacib bir nöqtədir. Dünyanın ən gözəl varlığı qadındır.

(A9 TV; 15 İyul 2013)

Hz. Mehdi (ə.s)-ı, Peyğəmbərimiz (s.ə.v)-i sevər. Bir insan Peyğəmbərimiz (s.ə.v)-i sevirsə, hz. Mehdi (ə.s)-ı da sevməlidir. Peyğəmbərimiz (s.ə.v) vəfat etdi, amma hz. Mehdi (ə.s) Peyğəmbərimiz (s.ə.v)-in bir parçası, onun övladıdır. Sən əgər Peyğəmbərimiz (s.ə.v)-i sevirsənsə onun həyatda olan övladını da sevməlisən. Sən onu unutdurmağa çalışırsansa, Peyğəmbər (s.ə.v)-i də sevmirsən.

(A9 TV; 15 İyul 2013)

Avropada da insana sərmayə qoymurlar, insanı öyrətmirlər. Onlar da ruh boşluğundan böhrana düşüb özlərini öldürürlər. Bu, çox qorxunc bir şeydir. Dünya bu fəlakətdən ancaq mehdiyyət ilə, hz. İsa Məsih (ə.s)-ın şəfqəti ilə, Qurana tam təslimiyyətlə xilas olacaq, inşaAllah.

(A9 TV; 15 İyul 2013)

Binayla, daşla insanlar xoşbəxt olmaz; Allah sevgisi ilə, Allah qorxusu ilə xoşbəxt olar. Quran möcüzələrini, iman həqiqətlərini biləcək, Allaha aşiq, Allaha təslim olacaqlar, yalnız belə olduqda həyatın bir mənası olar.

(A9 TV; 15 İyul 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)