Yaxşı olmayan insanlar Allahın möminlərə verdiyi nemətlərdən istifadə edirlər. Yəni əslində nemətlər onlar üçün deyil, səmimi möminlər üçün yaradılır. Onlar da bir kənardan, bir yandan istifadə edirlər. Axirətdə bu imkanlar əllərindən alınar.

(A9 TV; 13 sentyabr 2013)

Türkiyədə, Amerikada sevgini müdafiə edən çox az sayda nur kimi insanlar var. Allah sırf onlara görə dünyanı qoruyub yaşadır. Getdikcə bu nurların sayı artaraq işıq hər yeri bürüyəcək. Sonra bu nurlar zaman keçdikcə azalacaq, yox olanda qiyamət qopacaq.

(A9 TV; 12 sentyabr 2013)

Məsələn, adam var ki, dinsizdir, amma zalım deyil, heç kimə zülm etmir. Bu cür insanların cəhənnəmi ayrı olur. Yəni monoton həyat yaşayırlar. Cənnətlə müqayisə etdikləri üçün iztirab çəkirlər. Sıxıcı, durğun, sönük, mənasız bir həyat yaşayarlar. Bu da cəhənnəmin təbəqələrindən biridir. Orada sıxılar, böhrana düşərlər. Sevgisizlikdən, cənnətin gözəlliyi ilə müqayisə etməkdən böhrana düşər. Allah onlara bu şəkildə əzab verər.

(A9 TV; 12 sentyabr 2013)

Nə məscidlə, nə də cemeviylə qurtuluş olmaz. Məscidə, cemevinə gedən insanların təhsilinə, keyfiyyətinə əhəmiyyət vermək, sevgini yaxşı öyrətmək lazımdır.

(A9 TV; 12 sentyabr 2013)

Ələvilər Mehdi (ə.s) aşiqidir, Əhli-beyt aşiqidir, hz. Əli (r.ə) aşiqidirlər. Bərabərliyi, birliyi müdafiə edərlər. Qatı dinçiliyə qarşıdırlar. Sünnilərin bəziləri çox xurafatçı və sevgisizdirlər. Aralarında yaxşıları da vardır. Əsas məsələ, Qurana bağlı mehdiyyət təhsilidir. Səhabə İslamının izah edilməsidir. Şəfqət, mərhəmət, məhəbbət anlayışının inkişaf etdirilməsidir.

(A9 TV; 12 sentyabr 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)