Türkiyədə on min adam səhv etmiş olsa, bu Türkiyəni bağlayarmı? Bağlamaz. Yüz min adam səhv etsə, bağlayarmı? Bağlamaz Türkiyəni. Yalnız o səhvi edənləri bağlayar.
(A9 TV ; 19 dekabr 2013)
Çox qısa kursdayıq, çox qısa. Gecə-gündüz təhsil alırıq, özümüzü təkmilləşdiririk, cənnət tərbiyəsi alırıq. Cənnət tərbiyəsi almadan cənnətə getsək robot kimi olarıq. Cənnətdə sonsuz zövq almağımız üçün bu təhsildən keçməyimiz lazımdır.
(A9 TV ; 17 dekabr 2013)
Haqq yolda irəliləyərkən Allah imtahan olaraq çatışmazlıqlar, tərsliklər də yaradır. Amma sonunda haqq qalib gəlir. Mütləq ziddiyyətlər olacaq. Çətinliklər mütləq olacaq. Əks halda imtahanın bir mənası qalmaz.
(A9 TV ; 17 dekabr 2013)
Yaxşıların qiymətinin bilinməsi üçün Allah xətaları da yaradar, səhvi olan insanları da yaradar. Hər zaman yanlış insanlar olar, səhvli insanlar olar. Amma yaxşılar səhvi olan insanların içərisində fərqlənir. Xətalı insana ehtiyac vardır. O zaman imtahanın sirri ortaya çıxar, inşaAllah.
(A9 TV ; 17 dekabr 2013)
Ən çox ehtiyac duyulan hökumətə müxaliflikdir. Müxalifət nə qədər güclüdürsə o məmləkət o qədər gözəl, güllük, gülüstanlıq olar. Müxalifət olmayan bir iqtidar qorxuncdur. Məsələn, Şimali Koreya dəhşətdir, Allah qorusun. Müxalifət yoxdur. Səsini çıxaranın kəlləsi gedir. Türkiyədə istəyən istədiyini söyləyir.
(A9 TV ; 17 dekabr 2013)
Nazir oğlu nəzarətə götürülürsə o hökumət möhkəmdir. Kimsə orada faşizmdən, diktatorluqdan, demokratiyanın olmadığından danışa bilməz. Deməli, demokratiya çox güclüdür və bu ən son göstəricidir.
(A9 TV ; 17 dekabr 2013)
Hökumət xərçəng dərmanlarını pulsuz verməlidir. Bir xəstə xərçəng xəstəliyinə görə resept gətirdisə dövlət onu pulsuz versin. Baş nazirimizdən istəyimiz budur. Xərçəng xəstəsindən pul alınmasın.
(A9 TV ; 14 dekabr 2013)
Türkiyə, mehdiyyət vəsiləsi ilə İslam Birliyini təşkil edən bir ölkədir. Avropayla da insani, sevgi əlaqələri olacaq. Təbii ki, Avropanın mənəvi inkişafına da faydası olar.
(A9 TV ; 14 dekabr 2013)
Müsəlman sevməkdən heç vaxt sıxılmaz, sevgidən, sevdiyindən bezməz; Bu imanla olar. Amma ətə, sümüyə bağlıdırsa təbii ki, sıxılar. Sevmir adam; zahirinə bağlıdır. Müsəlman ruha, qəlbə, sevgiyə bağlıdır.
(A9 TV ; 14 dekabr 2013)
Misirə 112 il əvvəl qar yağmışdır, bir də indi yağdı. Bu, Axırzaman əlamətlərinin bir təzahürüdür.
(A9 TV ; 14 dekabr 2013)





