Bütün mallar paylanacaq, Allah yolunda xərclənəcək. Malı yığıb nə edəcəksən, nə işinə yarayar, nə faydası var? Amma (Allah yolunda) xərcləsən daha da zəngin, daha gözəl olarsan. Dünya həyatında da, axirətdə də rahatlıq taparsan.
(A9 TV; 6 dekabr, 2013)
İmana önəm verməyib ticarətə, pula, mənfəətinə önəm verdikdə iman unudular, iman zəifliyi yaranar. Bu zaman da həmin adam üçün nə İslam Birliyi, nə Mehdi (ə.s)-ın çıxışı, nə də İsa Məsih (ə.s)-ın gəlişi əhəmiyyətli olar.
(A9 TV; 6 dekabr 2013)
Sevgisiz insanların, qatı dinçilərin ruhu xəstə olur. İşığı görsələr qaranlıq, qaranlığı görsələr başqa cür dərk edirlər. Allah islah etsin.
(A9 TV; 6 dekabr 2013)
Kommunizm saqqız kimi yapışar. Ondan imtina edəni buraxmaz, maqnit kimi özünə çəkər. Yəni bir hörümçək toru kimidir. Yapışanda qopmaz. Bu kommunizmin xüsusiyyətidir. Yəni kommunistin əlindən yaxa qurtarmaq asan məsələ deyil. Ondan ayrılmaq istəyəni öldürərlər.
(A9 TV; 5 dekabr 2013)
Quran vəhşi kapitalist sistemini tamamilə yıxan, onun yerinə möhtəşəm ictimai ədalət gətirən bir sistemdir.
(A9 TV; 4 dekabr 2013)
Dünyanı nifrət cəmiyyəti halına gətirdilər. İnternetdə hər hansı bir saytı açsanız orada nifrətin 99%, sevginin isə 1% olduğunu görəcəksiniz. Ancaq nifrət edirlər, savaşırlar, söz atırlar. Bunun tam əksi olmalıdır. Ən az 99% sevgi olmalıdır.
(A9 TV; 4 dekabr 2013)
Bütün Türkiyə bir vilayət kimidir. Biz qardaşıq. Türkiyədə bir ailə, bir otaq var. Bir ailə şəklində yaşayırıq. Bir uşağımız kürdcə danışar, bir qızımız türkcə danışar, biri lazca danışar.
(A9 TV; 4 dekabr 2013)
Cənub-şərqdəki kürd qardaşlarım mənim canlarım, analarım, bacılarımdır. Mən onları Stalinistlərə, kommunistlərə təslim etmərəm. Nəyin bahasına olursa olsun təslim etmərəm. Bunu unudacaqlar.
(A9 TV; 3 dekabr 2013)
Quranda İslam Birliyinin kapitalizmə qarşı olduğunun vurğulandığını görürük. Allah Quranda malı-mülkü xərcləməyib yığmağın yanlış davranış olmasından bəhs edir. Malı-mülkü bol-bol paylamaq, kasıblara dəstək olmaq Quranda tez-tez vurğulanan həqiqətdir.
(A9 TV; 2 dekabr 2013)
Quran var ikən hansısa məzhəbdən olmaq haramdır. Allah ”Mən sənə Quran endirdim, məzhəbi haradan çıxardın? Sən Qurana tabe olacaqsan yoxsa məzhəbə?” desə, insan nə cavab verəcək? Əlbəttə ki, Qurana. Biz Qurana tabe olmaqda məsuluq.
(A9 TV; 1 dekabr 2013)





